Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1046/2023 04.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs yaşadığı Sabirabad rayonu, Qalaqayın kəndində sonuncunun üzərinə baxış keçirilən zaman 0,061 qram olan narkotik vasitə heroin və 0,50 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis mayoru X5 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X2 qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi və inzibati tənbeh tədbirin görülməsi haqqında qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 03 iyun 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında gəzərkən yerdə olan kibrit qutusuna təpik vuran zaman kibrit qutusunun dolu olduğunu hiss etmiş, həmin kibrit qutusunu götürüb içinə baxdıqda onun içində 02 ədəd kağız bükümdə kütlələrin olduğunu görmüşdür. Həmin bükümü əlinə götürüb baxdıqda içindəki bir kütlənin narkotik vasitə olan heroin, digər bükümün isə narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Daha sonra həmin narkotikləri Sabirabad rayonu Qalaqayın kəndində yaşadığı evə gətirərək evin qonaq otağında olan stolun siyirməsində gizlətmişdir, O, həmin narkotiklərdən hər gün az-az istifadə etmişdir. xx.xx.2023cü il tarixdə o, evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətdə olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişlər. O da etirazının olmaması barədə ərizə yazmışdır. Həmin vaxt iki hal şahidi də dəvət olunmuşdu. Baxış zamanı yaşadığı evin qonaq otağında olan stolun siyirməsində gizlətdiyi 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana akşar olundu. Hazırda əməlindən peşmandır. Özü İİİ qrup əlildir. Fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərir. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. Himayəsində ayaqdan əlil anası vardır. İnzibati qaydada həbs olunacağı təqdirdə ailəsi pərişan vəziyyətə düşəcək və maddi tələbatlarını qarşılamaqda köməklik edəcək kimsə olmayacaqdır. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Sabirabad RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş «cinayət işi başlanılmasının rədd edilməsi və inzibati tənbeh tədbirin görülməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xaqani Məmmədovun əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1854426 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, İİİ qrup əlil olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində əlil anasının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, İİİ qrup əlil olması, himayəsində xəstə anasının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi isə şəxsin məsuliyyətini daha dərindən dərk edə bilməsi üçün onun bir qədər maddi sıxıntıya məruz qalması məqsədilə maksimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Sabirabad RPŞ-də saxlanılan Şəxs məxsus tədqiqatdan sonra qalıq qalmış 0,061 qram olan narkotik vasitə heroin və 0,50 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1046/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1046/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver