Məhkəmə qərarları › İş №3(056)-1046/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1046/2024

05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1046/2024 05.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, X1 barəsində Sabirabad RPŞ-nin Yol Patrul Xidməti inspektoru M.M.Ağayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6513156№-li «inzibati tənbeh vermə haqqında» Qərarın ləğv edilməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 barəsində Sabirabad RPŞ-nin Yol Patrul Xidməti inspektoru M.M.Ağayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6513156№-li «inzibati tənbeh vermə haqqında» Qərarın əsassız sayılaraq ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda istinad olunan İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələblərindən aydın olur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından, yəni hazırkı halda Sabirabad RPŞ-nin Yol Patrul Xidməti inspektoru M.M.Ağayevin xx.xx.2024-cü il tarixli TP6513156№-li «inzibati tənbeh vermə haqqında» Qərarından, məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri üzrə, yəni şikayətçi Fuad Nəsirovun ünvan 1 ünvanı üzrə aidiyyəti məhkəməyə verilir. Sabirabad RPŞ-nin Yol Patrul Xidməti inspektoru M.M.Ağayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6513156№-li «inzibati tənbeh vermə haqqında» Qərarından şikayətə baxılması Sabirabad Rayon Məhkəməsində deyil, məhz şikayət verən şəxsin yaşayış yeri üzrə müvafiq məhkəməyə aid edildiyindən hesab edirəm ki, şikayət X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad RPŞ-nin Yol Patrul Xidməti inspektoru M.M.Ağayev tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli TP6513156№-li «inzibati tənbeh vermə haqqında» Qərarın ləğv edilməsi barədə şikayət X2 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar