Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1048/2023 06.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin sahə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Sabirabad şəhəri, H.Əliyev prospektində küçə ticarəti ilə məşğul olan zaman onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabeçilik etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində idarə etdiyi “QAZ- 24" markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayarkən arxa hissədə bir neçə qarpız olmuş, lakin o, küçə ticarəti ilə məşğul olmamışdır. Buna baxmayaraq polis əməkdaşları ona yaxınlaşaraq küçə ticarəti ilə məşğul olmasını irad bildirmişlər. O, isə əsəbiləşərək küçə ticarəti ilə məşğul olmadığını bildirmişdir. Aralarında yaranmış mübahisə kontekstində onu polis şöbəsinə dəvət etmişlər. Düzdür o, bundan əvvəl küçə ticarəti ilə məşğul olduğuna görə cərimələnsə də, həmin gün küçə ticarəti ilə məşğul olmamışdır. Özü İİ qrup əlil olmaqla Qarabağ müharibəsi veteranıdır. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 17:21-də avtopatrul xidmətində olan PPXB-nin sürücü polis nəfəri polis baş serjantı X2 və onunla birlikdə Sabirabad şəhəri H.Əliyev prospektində xidmətdə olan əməkdaşların xidmət aparmalarını yoxlayarkən prospektin “İsol" yanacaq doldurma məntəqəsinin qarşısında “QAZ- 24" markalı **- NO-*** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerinə qapız yığmaqla yol kənarında küçə ticarəti ilə məşğul olduğu üçün ona yaxınlaşıb özlərinə təqdim etmişlər. Sonradan məlum olmuşdur ki, həmin şəxs Sabirabad şəhəri, X7 küçəsi ev 33A-da yaşayan, xx.xx.1968-ci il təvəllüdlü Şəxsdur. Həminin ona əvvələr də küçə ticarəti ilə məşğul olması ilə bağlı inzibati tənbeh edilməsi, cərimənin ödənməməsi və təkrarən yenidən küçə ticarəti ilə məşğul olması aşkar olunmuşdur. Ona küçə ticarəti ilə məşğul olmağn qanunsuz olduğu izah edildikdə Şəxs «siz kimsiz mənə qanun öyrədəsiz, yaxşı edirəm cəriməni ödəmirəm, gedin işinizlə məşğul olun. Mən küçə ticarəti ilə məşğul olacam, heç kəs mənə mane ola bilməz» deyə yüksək səslə danışaraq polisin küçə ticarətini dayandırması ilə bağlı qanuni tələbinə tabe olmamışdır. Bu zaman onlar dislokasiya üzrə həmin ərazidə xidmətdə olan YPX-nin əməkdaşını avtomaşının götülməsini təmin temək üçün həmin yerə radiostansiya vasitəsi ilə dəvət etmişlər. YPX-nin əməkdaşları tərəfindən yerində aparılan yoxlama zamanı məlum olmuşdur ki, Şəxs idarə etdiyi “QAZ-24” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomaşının ödənməyən cərimələrlə bağlı həbsi var, avtomaşının idarə olunması qadağandır, onun üçün də avtomaşın RPŞ-nin duracağına, özü isə polisin qanuni tələbinə tabe olmadığı üçün NH-yə təhvil verilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 şahid X2 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə izahatları dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Sabirabad şəhəri, H.Əliyev prospektində küçə ticarəti ilə məşğul olan zaman onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabeçilik etməmişdir. Odur ki, onun əməli düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qarabağ müharibəsi veteranı olmasını, İİ qrup əlil olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) və şəxsin İİ qrup əlil olmasını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli sayır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində tutulmuş, işə baxıldığı zamanadək isə azad edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 1 (bir) gün müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehindən inzibati həbsdə saxlanıldığı müddət kompensasiya edilməklə 30 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə olunsun. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 170 (bir yüz yetmiş) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sabirabad rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1048/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1048/2023
06.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver