Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1050/2023 07.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə inspektoru, polis baş leytenant X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 04 noyabr 1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad A.M.Şərifzadə küçəsi ev 2-də qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsində səs-küy salaraq nalayiq söyüşlər söymüş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün təqsirli bilərək məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Sabirabad şəhəri, Şərfizadə küçəsində yerəşən evində olan zaman Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları atası Azər Əsədovu barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar aparmaq istədikləri zaman orada özündən asılı olmaraq polis əməkdaşlarına müdaxilə etmişdir. Bu zaman polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, əsəbi olduğu üçün bir müddət polis əməkdaşının nizam-intizama dəvət etmə ilə bağlı qanuni tələbini yerinə yetirməmiş, təxminən bu hal 5-6 dəq davam etmişdir. Hazırda o, əməlindən peşmandır və polis əməkdaşlarından hərəkətlərinə görə üzr istəyir. İlk dəfədir ki, inzibati xəta törədir. Özü fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərir. Ailəlidir və ailəsinə yeganə qazanc gətirən şəxsdir. Ona görə də o, məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Sabirabad RPŞ-in CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 09:40 radələrində Sabirabad RPŞ-in NMQ-ın baş əməliyyat müvəkkili Zərərçəkmiş şəxsla birlikdə tərəflərindən narkotik vasitələrdən istifadə etməkdə, üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda və günün müxtəlif vaxtlarında satmaqda şübhəli olan əvvəllər CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş xx.xx.1964-cü il təvəllüdlü Sabirabad şəhəri A.M.Şərifzadə küçəsi ev 2-də yaşayan X6 yaşadığı evin yaxınlığında saxlanılan zaman oğlu Şəxs onları nalayiq ifadələrlə təhqir etməyə başlayaraq atası Əsədov Azərin RPŞ-ə gətirilməsinə maneəçilik törətməyə başlamış, onlar ona dəfələrlə atasının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə RPŞ-ə aparacaqlarını bildirirərək onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək qəsdən onların heç bir qanuni tələblərinə tabe olmadığından onlar həmin şəxsi RPŞ-ə gətirərək NH-ə təhvil vermişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-in 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzinbati xəta törətməsini, polis əməkdaşlarından üzrxahlıq etməsini, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) nəzər alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli sayır. Belə ki, işin hallarından da görünən odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hərəkətlərini atasının şübhəli şəxs qismində saxlanması ilə əlaqədar əsəbi vəziyyətdə olduğundan davam etdirmiş, daha sonra hərəkətlərini dayandırmışdır. Hazırda o, əməlinə görə peşman olmaqla yanaşı, polis əməkdaşlarından da üzr istəmişdir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 06 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində tutulmuş, xx.xx.2023-cü il tarixində isə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 1 (bir) gün müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehindən inzibati həbsdə saxlanıldığı müddət kompensasiya edilməklə 30 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 170 (bir yüz yetmiş) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1050/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1050/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver