Məhkəmə qərarları › İş №3(056)-1058/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1058/2023

17.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1058/2023 17.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonunun Kovlar kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP5588724№-li Protokola və əlavə olunmuş sənədlərə Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP5588724№-li Protokolun və əlavə olunmuş sənədlərin məzmununa görə, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:39 radələrində idarə etdiyi “VAZ-2103” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobillə Padar-Surra avtomobil yolu ilə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs idarə etdyi KİA Optima markalı **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə zərər dəymişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun xx.xx.2023-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, sürücü Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan, inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP5588724№-li Protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tədqiq edilmiş sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci müddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs Əliqulu oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini və Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin məqsədini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə tənbeh tədbiri deyil, sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, inzibati tənbehin əsas məqsədlərindən biri həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaqdan ibarətdir. Belə olan halda sürücü barəsində sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edildikdə artıq digər sürücülər də Yol hərəkəti haqqında Qanunun təlıəblərinə riayət etmədən avtomobil idarə edib özgənin əmlakına və ya sağlamlığına zərər yetirmənin ağır tənbehlə, yəni sürücülük hüququnun məhdudlaşdırılacağı ilə nəticələnəcəyini anlayacaq, bununla da tənbeh tədbiri məqsədinə çatmaqla digər şəxslər tərəfindən də yeni inzibati xəta törədilməsinin qarşısı alınacaqdır. Bununla belə, məhkəmə sürücülük hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edərkən həmin tənbeh növünün həddini müəyyən edən zaman hesab edir ki, qeyd edilən tənbeh tədbirinin minimum həddə (6 ay) müəyyən edilməsi şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi və onun tərəfindən yeni inzibati xətanın törədilməsinin qarşısının alınması üçün kifayətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar