Məhkəmə qərarları › İş №3(056)-1059/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1059/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1059/2024 23.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X2 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024cü il tarixli MN1784610№-li inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1784610№-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1994-cü il təvəllüdlü X1 rayon Şəhriyar Bələdiyyəsinin sədri olaraq Şəhriyar Bələdiyyəsi ərazisində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmədiyi əsas gətirərək bununla da İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.3-cü maddəsində (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi) nəzərdə tutulmuş inzibati xətaya yol verdiyinə görə, onun barəsində 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1784610№-li Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 1000 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X4 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN1784610№-li Qərardan verdiyi şikayəti belə əsaslandırılmışdır ki, İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1784610 nömrəli qərarla razı deyil və hesab edir ki, adıçəkilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qəbul olunmuş qərarda güya ki onun tərəfindən Sabirabad rayonu, Şəhriyar Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Nəticədə vəzifəli şəxs qismində o, 1000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarın hüquqi əsası kimi " Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 8-ci maddəsinə istinad etmişdir. Belə ki, qeyd edilən Qanunun 8.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: 8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; 8.2.2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, kadastrını və monitorinqini aparmaq; 8.2.4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; 8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; 8.2.6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. Yuxarıda sadalanan qanunverciliyin normalarının mahiyyətindən görünür ki, inzibati xəta tərkibinin mövcud olması üçün ilk öncə yaşıllıqlıarın mövcud olduğu torpaq sahələrinin Bələdiyyə mülkiyyətində olması zəruridir. Yalnız bu hal öz təsdiqini tapdıqdan sonra Qərarda bəhs edilən inzibati xətadan danışmaq olar. Qeyd edir ki, inzibati xəta haqqında iş materiallarında torpaq sahəsinin Meyniman kənd bələdiyyəsinin mülkiyyətində olmasına dair hər hansı sübut yoxdur. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə hər hansı baxış keçirilməmiş və ərazidə heç bir monitoring işləri aparılmamışdır. Buna görə də yaşıllqıların mövcud olduğu torpaq sahəsinin Şəhriyar bələdıyyəsinin mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı mötəbər sübutların olmaması səbəbindən onun bir vəzifəli şəxs olaraq həmin ərazi hansı əsasla məsuliyyət daşımağı da öz təsdiqini tapmır. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 23.1-ci maddəsinə görə Torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməkdir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Göründüyü kimi Bələdiyyə orqanının vəzifəli şəxsinin torpaq sahəsinə nəzarəti həyata keçirməsi üçün həmin torpaq sahəsinın bələdiyyənin mülkiyyətində olması əsas şərtdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi qərarda yaşıllıqların qeyd edildiyi ərazi bələdiyyənin mülkiyyətında olan torpaq kateqoriyasına aid olmadığına görə həmin yaşıllıqların uçotunun aparılması vəzifəsi isə bir vəzifəli şəxs olaraq Bələdiyyənin üzərinə qoyula bilməz. X7 Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd edilən normanın mahiyyətindən aydın olur ki, onun bələdiyyə sədri kimi inzibati məsuliyyətə cəlb edilməyi üçün ilk növbədə qanunverciliklə müəyyən edilmiş qaydada onun üzərinə vəzifələr qoyulmalıdır. Yənı yaşıllıqların uçotunun aparılması üçün yaşılıqıların salınıdığı torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması zəruridir. Bundan başqa onun barəsində inzibati məsuliyyətinin yaranması üçün o, ona istinad olunan inzibatı xətanın subyekti olmalıdır və təqsirli bilndiyi maddənin dispoziyasında nəzərdə tutulmuş hərəkətlər tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış dəlillərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Onun təqsirinin olmasını sübut etmək yükü onun üzərində deyildir. Yəni o, təqsirsiz olduğunu sübut etmək vəzifəsi daşımır. Habelə onun təqsirsizliyini sübut edə bilməməyinə görə o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati xəta haqqında qərarda qeyd edilən yaşıllıqların Meyniman Bələdiyyəsinin mülkiyyətindəki torpaq sahəsində olması hər hansı mötəbər sübutlar ilə təsdiq edilmədiyindən onun məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Göründüyü kimi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib edilmiş Qərar qanunsuz və əsassız olmuşdur. İnzibati xətanın anlayışı, xarakteristikası və inzibati məsuliyyətin əsasları barədə bəzi xüsusatları məhkəmənın diqqətinə çatdırmağı zəruri hesab edir. Barəsində qəbul edilmiş inzibati xəta barədə qərar bu Məcəllənin tələblərinə əməl olunmadan və bu Məcəllənin tələbləri ilə ziddiyyət təşkil etdiyindən qanunsuz və əsassızdır. Şikayətin dəlillərini araşdırıb və iş materiallarını tədqiq edib hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1784610№-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb, onun Sabirabad rayon Şəhriyar Bələdiyyəsinin sədri olaraq Şəhriyar Bələdiyyəsi ərazisində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmədiyi olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Şikayətçi E.Ə.Mirəliyev həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək şikayətini belə əsaslandırmışdır ki, inzibati xəta haqqında iş materiallarında 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə hər hansı baxış keçirilməmiş və ərazidə heç bir monitoring işləri aparılmamış, yaşıllıqıların mövcud olduğu torpaq sahəsinin Şəhriyar bələdıyyəsinin mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı mötəbər sübutlar mövcud deyildir. Beləliklə şikayətçi E.Ə.Mirəliyev etirazında Şəhriyar Bələdıyyəsinin ərazisində yaşıllıqların mövcud olmadığını, həmçinin yaşıllıqların uçotu və monitorinqinin məhz Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmalı olduğunu bildirsə də, lakin bunun əksi olaraq şikayətinin məzmununda “Yaşıllıqların mühafizəsi haqqında" Qanunun 8.2.3-cü maddəsinə istinad edərək bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılmasının məhz bələdiyyələrin vəzifəsi olduğunu qeyd etmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi E.Ə.Mirəliyevin barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, yəni ona istinad olunan inzibati xəta əməlinin törətməməsinə dair dəlilləri əsassızdır və həmin dəlillər xx.xx.2024-cü il tarixli MN1784610 №-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1784610№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, X2 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN1784610 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar