Məhkəmə qərarları › İş №3(056)-1071/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1071/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1071/2024 23.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlu Bağırovun sərliyi, Qafarov Anar Neymət oğlu Qafarovun katibliyi , barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Sabirabad rayonu Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Moranlı Bələdiyyəsinin sədir vəzifəsində işləyən, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2094633№-li protokola və inzibati xəta haqqında materiala Sabirabad rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2094633№-li protokol və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Mansurlu X1 rayon Moranlı Bələdiyyəsinin sədri olaraq Moranlı Bələdiyyəsi ərazisində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Bu əmələ görə Moranlı Bələdiyyəsinin sədri Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 253-1.1.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli, MN2094633№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs izahatında Moranlı Bələdiyyəsi ərazisində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar hər il 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilsə də, lakin 2024-cü il üzrə müvafiq məlumatların hazırlanıb təqdim edilməsi nəzərdən yayınmışdır. İnzibati xəta haqqında Protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq hazırkı işə İnzibati xəta haqqında Protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mansurlu X1 rayon Moranlı Bələdiyyəsinin sədri olaraq Moranlı Bələdiyyəsi ərazisində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinə əsasən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Moranlı Bələdiyyəsinin sədri Şəxs tərəfindən qeyd olunan inzibati xətanın törətməsi onun izahatı ilə yanaşı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmiş və onun əməli İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxsə qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alıb, onun barəsində İXM-nın 253-1.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edirəm. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 50, 110-117 və 128-130cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2094633№-li inzibati xəta haqqında Protokola əsasən Mansurlu X2 Xətalar Məcəlləsinin 235-1.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar