Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1074/2023 14.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs 14 avqust 2023-cü il tarixdə Sabirabad DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabeçilik etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospekti ilə VAZ-2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabirabad rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları ona saxla işarəsi vermiş, lakin sənədləri olmadığı üçün saxla işarəsinə məhəl qoymaraq yol polisi əməkdaşlarından qaçmışdır. Buna görə də onu Sabirabad rayon Polis şöbəsinə gətirmişlər. Polislərin qanuni tələbinə tabe olmamasının səbəbi avtomobilə dair sənədlərinin olmamasıdır. O, səhvini başa düşür və öz hərəkətindən peşmandır. Məhkəmədən barəsində ədalətli tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində Sabirabad rayon Yeni Novruzlu kənd yolunda BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul maşınında polis baş serjantı Əskərsoy Romanla birlikdə xidmət aparan zaman tərəflərindən VAZ-2107 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermişlər. Lakin həmin sürücü onların saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Onlar onun arxasınca təqiblə ona yenidən saxla işarəsi vermişlər. Lakin onların dəfələrlə saxla işarələrinə məhəl qoymayaraq ziqzaqvari hərəkətlərlə maşını onların idarə etdikləri avtopatrul maşının üzərinə sürərək onları yoldan çıxarmaq istəmişdir. Bu zaman maşını üzərlərinə sürərək onların avtopatrul maşının sağ tərəf hissəsinə toxundurub onları yoldan çıxardıb uzaqlaşdırmışdır. Onlar ona yenidən saxla işarəsi vermişlər. Qəsdən onların saxla işarələrinə məhəl qoymayaraq uzaqlaşıb getmişdir. Bir az getdikdən sonra küçənin sonuna çatıb yolun olmadığını görüb maşını saxlamışdır. Bu zaman onlar ona yaxınlaşıb sənədlərinin olmadığını aşkarlayıb onu RPŞ-yə gətirmişlər. Ona görə də sonuncu barəsində inzibati tənbeh görülməsi üçün raportla rəhbərliyə müraciət etmişdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə istinadən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində eyni əməli təkrar törətməsini Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, məhkəmənin elektron sistemindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(056)-926/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xəta ictimai qaydanın mühafizə qaydalarının pozulmasına yönəlmiş xətadır ki, həmin xətanın törədilməsi birbaşa cəmiyyətin mənafeyi, dövlətin güc strukturu olan polis orqanının əməkdaşının əhali arasında formalaşmış nüfuzu ilə bağlıdır. Bundan əlavə, şəxs eyni xarakterli xətanı törətməyə görə bir ay əvvəl inzibati qaydada həbs edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, yenidən eyni xarakterli inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 12 (on iki) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 14 avqust 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1074/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1074/2023
14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver