Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-108/2024 29.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1979-cu ildə, Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Sabirabad rayonu, Çiçəkli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixli İXP5797871 nömrəli İnzibati xəta haqqında protokol və protokol əsasında toplanmış material daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs «Chevrolet Aveo minik » markalı **-EL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır.Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından nzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxıla bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, məhkəməyə barəsində tərtib edilmiş inzibati xəta protokola əsasən cərimə məbləğini dəbbə pulu ilə birlikdə tam həcmdə ödəməsi barədə qəbz təqdim etmişdir. Təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Şəxs EQ 13406440 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar üzrə barəsində təyin edilmiş 20 manat cərimə məbləğini və hesablanmış 12 manat dəbbə pulunu, cəmi 32 manat məbləğində pulu dövlət nəfinə ödəmişdir Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP5797871 nömrəli protokolu, ona əlavə edilmiş sənədləri və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi ödəniş qəbzini araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olsa da, o, inzibati xəta üzrə yaranmış cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu iş üzrə məhkəmə qərər qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 48- 51, 114, 128-130-cu və 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-108/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-108/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver