Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1087/2024 10.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, zərərçəkimiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981837№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981837№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində X2 məxsus ticarət köşkünü balta ilə yarsız hala salmış və nəticədə X2 600 manat zərər vurulmuşdur. Bu əmələ görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981837№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək, izahatında bildirmişdir ki, X1 yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində sakinlərin gediş-gəlişini məhdudlaşdıran ərazidə ticarət köşkünü yerləşdirdiyi səbəbindən xx.xx.2024-cü il tarixdə o, Bəxtiyar Əhədovla məhz mübahisə etmiş və o, həmin ticarət köşkünə ümumiyyətlə toxunmamışdır. Hesab edir ki, onun əməlində İXMnın 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati xəta icraatının zərərçəkmiş tərəfi kimi göstərilən şəxs qismində dindirilmiş X4 izahatında göstərmisdir ki, onun tərəfindən yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində ticarət köşkünü yerləşdirdiyi səbəbindən xx.xx.2024-cü il tarixdə Şəxs onunla mübahisə etmişdir, lakin həmin ticarət köşkünə toxunmamış, yəni ona məxsus əmlakına zərər yetirməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, X4 tərəfindən yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində ticarət köşkü yerləşdirildiyi səbəbindən xx.xx.2024-cü il tarixdə Şəxs onunla mübahisə etmişdir, lakin həmin ticarət köşkünə toxunmamış, yəni X2 məxsus əmlaka zərər yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta icraatının zərərçəkmiş tərəfi kimi göstərilən şəxs X3 dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs əməlində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmişə zərər vurması halı müəyyən edilməmişdir. Belə ki, İXM-nın 232-1-ci maddəsi özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsulliyyət nəzərdə tutur. Beləliklə məhkəmə araşdırılması nəticəsində barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə, zərərçəkmişə 600 manat həcmində ziyan vurması faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 232-1-ci maddəsində nəzərdə tutulmuş özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməsi hərəkətinin nədə ifadə olunması, həmçinin məhz Şəxs hərəkətləri ilə zərərçəkmişə 600 manat zərər vurması faktının mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə və zərərin həcmində ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatından görünür ki, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə, məhz Şəxs hərəkətləri ilə zərərçəkmişə 600 manat həcmində ziyan vurması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin və inzibati xəta icraatının zərərçəkmiş tərəfi kimi göstərilən şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xəlar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «Şəxs hərəkətləri ilə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməsi» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində İXM-nın 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, həmin maddə ilə o inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 44, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981837№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunsun və həmin maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1087/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1087/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver