Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1093/2023 18.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Mirəhməd Ağayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə həmkəndliləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis mayoru Mirəhməd Ağayev bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsasında qəbul etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. O, inzibati xəta haqqında protokolu qeyd edilən qərar əsasında tərtib etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, atasının adına Şəhriyar kəndində torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsini qohumları X1 vermişlər. Rəsul isə əvəzində onlara həmin kənddə başqa torpaq sahəsi vermişdir. Bir neçə ay əvvəl Rəsul onların vermiş olduğu torpaq sahəsini Zərərçəkmiş şəxs2 satmış, daha sonra onlara verdiyi torpaq sahəsini geri istəmişdir. Buna görə o da Rəsuldan onlara məxsus torpaq sahəsini geri qaytarmasını tələb etmiş, Azərdən isə mübahisələri həll olunanadək orada iş görməməsini tapşırmışdır. xx.xx.2023-cü ildə Azərin həmin torpaq sahəsinə qum və mişar daşı yığmasını görmüş, Azərə zəng edərək torpaq sahəsinə niyə qum və mişar daşı tökməsini soruşmuş, Azər isə ona “sən kimsən” deyə cavab vermiş, o da Azərdən harada olmasını soruşmuşdur. Azər ona Yaqub adlı şəxsin mağazasının yanında olduğunu bildirdikdən sonra oraya getmiş, orada yemə bu məsələ haqqında söhbət etdikdə Azər ondan yenə də kim olmasını soruşmuş, o da torpaqğın sahibi olduğunu bildirmişdir. Bu zaman Azər qəfildən yumruqla onun sifət nahiyyəsindən vurmuşdur. O, Azərin bir daha vurmaması üçün sifətini əli ilə tutmuş, həmin zaman Azərin qardaşı Orxan arxadan gələrək onun başına nə iləsə vurmuşdur. Onları orada olan şəxslər ayrımışlar. Hazırda zərər çəkmiş şəxslərlə barışmışdır. Zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayəti yoxdur. Bu halın nəzərə alınaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izahat verərək bildirdilər ki, Şəxs onların həmkəndlisidir. xx.xx.2023-cü il tarixində aralarında baş vermiş hadisə ilə əlaqədar hazırda barışmışlar. Ona görə də onlar məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1093/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1093/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver