Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1093/2024 11.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayonu Bulduq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981848№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981848№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə o, xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN 1981848№-li inzibati xəta haqqında Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, təxminən 1 ildir kı, narkotik vasitə istifadə edir. O, xx.xx.2024-cü il tarixdə, Sabirabad şəhəri, Heydər Əliyev prospektində piyada hərəkət edərkən, yol kənarından bükülü kağız tapmış, kağızın içinə baxdıqda isə az miqdarda qurudulmuş marixuana olduğunu görmüşdür Həmin narkotik vasitəni "West" markalı siqaret dənəsinin içərisinə dolduraraq çəkmək üçün saxlamışdır. O, həmin bir ədəd siqaretin içərisinə doldurduğu qurudulmuş marixuananı "West" markalı siqaret qutusunun içərisinə qoyaraq ona məxsus olan ağ rəngli, "VAZ-2106" markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ayaqaltının altına qoymuşdur. 21 05.2024-cü il tarixdə, saat 18 radələrində yuxarıda qeyd edilən avtomobillə Sabirabad şəhəri ərazisində hərəkətdə olan zaman Sabirabad RPŞ-nin YPX əməkdaşları ona saxla işarəsi vermişlər. O, avtomobili saxladıqdan sonra polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim edərək narkoloji, sərxoşluq müayinələrindən keçməyi təklif etmişdir. O, həmin vaxt avtomobilində narkotik vasitə olduğuna görə böyük həyəcan, narahatlıq keçirmişdir. Buna görə də, polis əməkdaşları ondan şübhələnərək ona avtomobili ilə birlikdə RPŞ-nin dayanacağına gəlməyini təklif etmişlər O, buna etiraz etməmiş və onlarla birlikdə Sabirabad RPŞ-yə gəlmişdır. Sonra isə o, müstəntiqin xidməti otağına qalxmışdır. Həmin vaxt müstəntiq ona yaxınlaşmışdır və o, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah olunmuş, bununla bağlı isə ona bildiriş təqdim edilmişdir. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməyini bildirmiş, o da üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Şəxsi axtarış həyata keçirilərkən o, hal-hazırda RPŞ-nin duracağında olan avtomobilində bir ədəd "West" markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana doldurulan 01 siqaret dənəsi olduğunu etiraf etmiş və bundan sonra şəxsi axtarış hərəkəti başa çatdırılmışdır. Bir neçə dəqiqə sonra isə vəkilin və iki YPX əməkdaşının iştirakı ilə müstəntiq avtomobilinə baxış keçirməyə başlamışdır. Baxış zamanı o, avtomobilinin salonunda, sürücü tərəfdən rezin ayaqaltının altında gizlətdiyi "West" markalı siqaret qutusunun içərisində qurudulmuş marixuana doldurduğu 01 siqaret dənəsini müstəntiqə təqdim etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 14 iyun 2024-cü tarixli Qərarın surətindən görünür ki, Şəxs götürülmüş və tədqiqata təqdim olunmuş şəffaf selofana bükülmüş kütlə - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - təmiz çəkisi 0.18 qram olan qudurulmuş marixunadır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunda qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda - təmiz çəkisi 0.18 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuananı saxlayıb daşınmışdır. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, həmçinin “Cinayət işi başlanmasının rədd olunması haqqında” 14 iyun 2024-cü tarixli Qərarla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXMnın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İXM-nın tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin İXM-nın 31.4-cü maddəsinin tələbini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981848№-li inzibati xəta haqqında Protokola əsasən Mehdiyev X3 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 11 iyul 2024-cü il tarixdən saat 11:40-dan hesablansın Hazırkı qərar qüvvəyə mindikdən sonra Şəxs aşkar edilərək götürlmüş 0,18 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1093/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1093/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver