Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1098/2024 12.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981863№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981863№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutlmuş inzibati xəta əməllərinin törətməsində təqsirləndirilir ona görə ki, Sabirabad rayonu Əsədli kənd Məscidində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Sabirbad RPŞ-nin inzibati binasında Şəxs izahatı alınarkən, o uca səslə oğurluğu tək etmədiyini, nə üçün C.C.Xamayevin tutulmadığını bildirərək, eyni zamanda uca səslə nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981863№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, Sabirabad rayonu Əsədli kənd Məscidində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Sabirbad RPŞ-nin inzibati binasında onun izahatı alınarkən, o, nə səbəbdən onun tək saxlandığına etirazıını bildirib, uca səslə oğurluğu tək etmədiyini, nə üçün C.C.Xamayevin tutulmadığını bildirən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, əsəbi olduğu üçün, özünü toplaya bilmədiyi səbəbindən polis əməkdaşlarının tələblərinə əhəmiyyət verməyib, səs küyünü davam etdirmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sabirabad rayonu Əsədli kənd Məscidində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Sabirbad RPŞnin inzibati binasında Şəxs izahatı alınarkən, o, nə səbəbdən onun tək saxlandığına etirazıını bildirib, uca səslə oğurluğu tək etmədiyini, nə üçün C.C.Xamayevin tutulmadığını bildirən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, əsəbi olduğu üçün, özünü toplaya bilmədiyi səbəbindən polis əməkdaşlarının tələblərinə əhəmiyyət verməyib, səs küyünü davam etdirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati icraat aparılan Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşı nin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilsə də, lakin onun əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, İXM-nın 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, İXM-nın 535.1ci maddəsi isə polis əməkdaşı və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.2024-cü il tarixdə Sabirbad RPŞ-nin inzibati binasında onun izahatı alınarkən, o, nə səbəbdən onun tək saxlandığına etirazıını bildirib, uca səslə oğurluğu tək etmədiyini, nə üçün C.C.Xamayevin tutulmadığını bildirən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə əhəmiyyət verməyib, səs küyünü davam etdirmişdir. Göründüyü kimi Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, bu hərəkətləri ilə İXM-nınn 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməli törətmişdir. Eyni zamanda məhkəmə araşdırımasının nəticəsi olaraq barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı sübuta yetirilməmiş, yəni onun İXM-nın 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması hərəkətinin nədə ifadə olunması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırkı iş üzrə barəsində iş ürə icraat aparılan şəxsin izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Sabirbad RPŞ-nin inzibati binasında onun izahatı alınarkən, o, onun məhz saxlandığına etirazıını bildirib və bu baxımdan onun əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xəlar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «ictimai qaydanı pozan hərəkətlər etməsi» halı üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də hesab edir ki, Şəxs əməllərində İXM-nın 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadıqda, həmin maddə ilə o inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Eyni zamanda Şəxs İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1981863№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 535.1-cu maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İXM-nın 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də və həmçinin Şəxs xx.xx.2024-ci tarixdən iki gün həbsdə saxlanmasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası ilə müəyyən olunmuş “cərimə” növündə tənbehin daha aşağı həddə, yəni 40 manat cərimə tətbiq edilməsi məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981863№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981863№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan maddə ilə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1098/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1098/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver