Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1102/2024 15.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayon Qəzli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981847№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X3 Təhlükəsizlik Bölməsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1981847№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus “Tik-Tok” sosial şəbəkəsində “Rusif_112” adlı səyfəsində kirminal ailəmi təbliğ edən videoçarxlar paylaşmağı ilə ələqəli Sabirabad RPŞ-də izahatı alınarkən o, bu hala etiraz edərək uca səslə nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981847№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələridə nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü qismən təqsirli bilərək, izhatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sabirabad rayon Qəzli kəndində olarkən, polis əməkdaşıları ona yaxınlaşıb barəsində profilaktiki söhbət aparılması üçün RPŞ-yə dəvət edən zaman, o, buna uca səslə etiraz etsə də, lakin nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının qanunu tələblərinə tabesizlik göstərməmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus “Tik-Tok” sosial şəbəkəsində “Rusif_112” adlı səyfəsində kirminal ailəmi təbliğ edən videoçarxlar paylaşmağı ilə ələqəli Sabirabad RPŞ-də izahatı alınarkən o, bu hala etiraz edərək uca səslə nalayiq ifadələr işlədən zaman, polis əməkdaşları onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. İXM-nın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs uca səslə nalayiq ifadələr işlətməməsi və polis əməkdaşlarının qanunu tələblərinə tabesizlik göstərməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmə iclasında işin araşdırılmış halları ilə yanaşı, inzibati xəta haqqında iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510 və 535.1-ci maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 34.3-cü madd. görə şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş Şəxsa həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXMnın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs ” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də və həmçinin Şəxs xx.xx.2024-ci tarixdən həbsdə saxlanmasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası ilə müəyyən olunmuş “cərimə” növündə tənbehin daha aşağı həddə, yəni 100 manat cərimə tətbiq edilməsi məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981847№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və ona, həmin maddələrin daha ciddi xətaya görə, yəni İXM-nın 535.1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1102/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1102/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver