Məhkəmə qərarları › İş №3(056)-1105/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1105/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1105/2023 21.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Sabirabad rayonu, Əsədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN1896767 nömrəli protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Kürkəndi kəndində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında ona istinad olunan əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində atasına məxsus traktoru yaşadığı Sabirabad rayonu, Məmişlər kəndindən Sabirabad şəhəri istiqamətində idarə edərkən YPX əməkdaşları ona saxla işarəsi vermişlər. O, traktoru saxlamış, ondan traktora aid sənəd istəmişlər, O, traktora aid sənədlərinin olmadğını bildirmiş və onu polis şöbəsinə dəvət edib barəsində protokol tərtib etmişlər. Orada olan zaman izahatı onlar yazmış, o, da imzalamışdır. O, heç bir polis əməkdaşına zor tətbiq və ya qanunsuzluq etməmişdir. Hazırda o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2014-cü ildən DİO-da, hal-hazırda isə Sabirabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində, Sabirabad RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı Mirbağı Ağyevlə birlikdə Sabirabad rayon Kürkəndi kənd yolunda xidmətdə olduqları zaman Belarus markalı traktorun yan şüşələrə qanunla icazə verilməyən örtük çəkdiyi tərəflərindən aşkar edilmişdir. Həmin vaxt onlar traktoru saxlayıb, həmin traktorun sürücüsünə yaxınlaşaraq özlərini təqdim etmişlər. Traktorun sürücüsündən sənədləri təqdim etməsini istədikdə, sürücü onlara heç bir sənədinin olmadığını bildirmişdir. Belə olan halda onlar sürücüyə izah etmişlər ki, «sizin srücülük hüququnuz və texnikaya aid heç bir sənədiniz yoxdur, sizin texnika duracağa təmin ediləcəkdir». Sürücü texnikanın qapılarını açarla bağlayıb onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlar dəfələrlə sürücünü nizam-intizama dəvət etmişlər, lakin sürücü qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərini davam etdirmişdir. Sürücü bu cür hərəkətlər etdiyi üçün RPŞ-nin NH-dən radiostansiya vasitəsi ilə kömək istəmişlər, həmin yerə dərhal PPXB-nin polis nəfərləri gəlmiş, sürücü tərəflərindən RPŞ-nə gətirilmiş və idarə etdiyi texnika RPŞ-nin duracağına təmin edilmişdir. RPŞ-də ilkin araşdırma zamanı məlum olmuşdur ki, həmin sürücü Sabirabad rayon Kürkəndi kənd sakini Şəxsdur. Sonra tərəflərindən raport tərtib edilərək RPŞ-nin NH-nə təhvil verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində iş ürə icraat apaılan şəxsin izahatından və materialdan da görünür ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı mövcud olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxs barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar