Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1106/2025 25.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, X1 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7193681 nömrəli protokolun ləğv edilməsi, cərimə və balın silinməsi barədə şikayəti (ərizəni) nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7193681 nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İnzibati xəta haqqında protokolun İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsində inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığın qeyd edərək nəzərə alıb hesab edirəm ki, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7193681 nömrəli protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Eyni zamanda şikayətin məzmunundan görünür ki, şikayət İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olmayan, məhz mülki mühakimə icraatı qaydasında iddia ərizəsi formasında verilmişdir. Həmçinin bu hal da şikayət ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: xx.xx.2025-ci il tarixli İXP7193681 nömrəli protokolun ləğv edilməsi barədə X1 şikayəti (ərizəsi) geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1106/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1106/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver