Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1108/2024 16.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenatı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Sabirabad rayonu Axtaçı-Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayonu Axtaçı- Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1981878№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: Sabirabad rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenatı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981878№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitə qudurulmuş marixunadan istifadə etmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN1981878№-li inzibati xəta haqqında Protokol tərtib edilərək toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində toy məclisində olarkən tanımadığı bir nəfir təklifi ilə, bununla əlaqədar hər ikisi marixuanadan istifadə etmişlər. Sonradan həmin şəxsı görməmiş və kim olmasını bilə bilməmişdir. xx.xx.2024-cü il tarixdə narkotik maddə qəbul etməyilə bağlı RPŞ-yə dəvət edilmiş, orada onunla profilaktik söhbətlər aparılarkən narkotik qəbul etməyini etiraf etmişdir. xx.xx.2024-cü il tarixdə o, Sabirabad şəhərində yerləşən klinikada narkoloji testdən keçirilmiş, nəticə pozitiv olmuşdur. İnzibati xəta haqqında iş üzrə toplanmış materialla əlavə edilmiş “Cinayət işi başlanmasının rədd olunması haqqında” 16 iyul 2024-cü tarixli Qərarın surətindən görünür ki, X3 narkoloji testin nəticəsi pozitiv olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə barəsində iş üzrə inzibati icraat aparılan Şəxs narkotik vasitə qudurulmuş marixunadan istifadə etmişdir. İXM-nın 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1981878№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 206-cı maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 206-cı maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş “həbs” növündə tənbehlə deyil, məhz həbsə alternativ olan “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs xx.xx.2024-ci tarixdən həbsdə saxlanmasını nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi İXM-nın 206-cı maddəsinin sanksiyası ilə müəyyən edilmiş həddən aşağı həcmdə, yəni 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981878№-li inzibati xəta haqqında Protokola əsasən Əliyev X1 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsində təqsirli bilinsin və ona “100 (yüz) manat cərimə” növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1108/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1108/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver