Məhkəmə qərarları › İş №3(056)-1110/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1110/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1110/2024 17.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X3 sahə rəisi Telman İbrahimovun, zərərçəkimiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981588№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X3 sahə rəisi Telman İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981588№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən X4 və Zərərçəkmiş şəxs1 məxsus əkin sahəsinə heyvanları buraxaraq otarılması zəminində mübahisə edərək xx.xx.2024-cü il tarixdə 13 radələrində X2 itələyib, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981588№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Cəfərağa ilə əvvəllər tanışlığı və ya münasibəti olmamışdır. Özünün təsərrüfatına aid 9 baş qoyunları vardır. Həmin heyvanları həmkəndliləri Telxas və Nicat ilə növbəlik otarırlar. xx.xx.2024-cü il tarixdə Nicat heyvanları çöl sahədə otaran zaman özü Nicatın yanına gəldikdə heyvanlar Əlizaminin taxıl sahəsinə nəzarətsız qalaraq keçmişdir. Elə bu vaxt Əlizamin atası Cəfərağa ilə birlikdə əkin yerində Nicatın və Ağadadaşın ünvanına nalayiq ifadələr işlətmişlər. Bu zaman Əlizamin və Cəfərağaya söyüş söyməməsi barədə iradlarını söyləmişdir. Cəfərağa Zeynalovu itələməmişdir. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, özünə məxsus Nizami kənd ərazisində 2 ha 50 sot torpaq sahəsi mövcuddur. Özü hazırda həmin əraziyə taxıl bitkisi əkmişdir. Dəfələrlə əkin sahəsinə Qaragüney kənd sakinləri tərəfindən heyvan salınaraq otarılmışdır xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində öz əkin sahəsinə baş çəkməyə gəlmişlər. Bu zaman əkin yerində xeyli sayda iri və xırda buynuzlu heyvan otarılmasını görmüşlər. Heyvanların yanında 2 nəfər X9 və Ağadadaş adlı şəxsin dayanmasını görmüşdür. Sonra həmin şəxslərə öz iradlarını bildirərək, heyvanları əkin yerindən çıxarmasını söyləmişdir. Həmin vaxt orada olan Şəxs onun üzərinə hücum edərək, onu itələmişdir. Şəxs ilə barışmadığını və onun barəsində həbslə bağlı tənbeh tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 270 nömrəli rəyinə əsasən Cəfərağa Zeynalovda aşkar olunmuş xəsarətlər sol kürəkaltı nahiyədə, döş qəfəsinin ön sol səthində sol məmə xətti 6-7 qabırğa səviyəsində qançırlar, sıyrıq küt əşyanın/əşyaların o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Cəfərağa Zeynalovla mübahisə edib və onu itələyib, nəticədə onların sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs və zərərçəkmiş şəxsləri dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1981588№-li protokola, “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 270№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi itələməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və inzibati xəta haqqında işi digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs İXM-nın 157ci maddəsi ilə müəyyən edilmiş inzibati xəta törətməsində təqsirli bilinib barəsində həmin maddənin sanksiya həddində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981588№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən saat 13:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar