Məhkəmə qərarları › İş №3(056)-1111/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1111/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1111/2024 17.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X4 sahə rəisi Telman İbrahimovun, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs X2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1981590№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X4 sahə rəisi Telman İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1981590№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus əkin sahəsinə heyvanları buraxaraq otarılması zəminində mübahisə edərək xx.xx.2024-cü il tarixdə 13 radələrində onu vuraraq, nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Ağadadaş İsrəfilov barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN1981590№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X5 ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ilə əvvəllər tanışlığı olmamışdır. Onun təsərrüfatında 25 baş qoyunları vardır. Həmin heyvanları həmkəndliləri Telxas və Nicatla növbəliklə otarır. xx.xx.2024-cü il tarixdə Nicat heyvanları çöl sahədə otararkən heyvanlar təsadüfən Əlizaminin taxıl sahəsinə nəzarətsiz qalaraq keçmişdır. Elə bu vaxt Əlizamin atası Cəfərağa ilə birlikdə əkin yerinə gəlmiş, narazılıq edib nalayiq ifadələr işlətmişlər. Buna görə də aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Cəfərağanın sinəsində itələyərək yerə yıxmamış, həmçinin qırmancla kürək nahiyyəsinə vurmamışdır.Əlizaminin dedikləri böhtandır. Barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, özünə məxsus Nizami kənd ərazisində 2 ha 50 sot torpaq sahəsi mövcuddur. Özü hazırda həmin ərazidə taxıl əkmişdir. Dəfələrlə əkin sahəsinə Qaragüney kənd sakinləri tərəfindən heyvan salınaraq otarılmışdır. xx.xx.2024-cu il tarixdə saat təxminən 13 radələrində özü atası Cəfərağa ilə birlikdə öz əkin sahəsinə baş çəkməyə gəlmiş, bu zaman əkin yerində xeyli sayda iri və xırda buynuzlu heyvan otarılmasını görmüşlər. Heyvanların yanında 2 nəfər Nicat və Ağadadaş adlı şəxslərin dayanmasını gördükdə, həmin şəxslərə öz iradlarını bildirərək, heyvanları əkin yerindən çıxarmasını söyləmişdir. Həmin vaxt atası Cəfərağa da onlara öz iradını bildirmişdir. Lakin həmin şəxslər aqressiv olaraq ona və Cəfərağaya yaxşı edib, heyvan otarırdığını, ziyanı nə qədərdisə ödəyəcəyini bildirmişlər. Həmin vaxt Nicat və onun əmisi oğlu Ağadadaş onunla etdiyi mübahisə zamanı, Ağadadaş qırmancla onun əvvəl kürək nahiyyəsinə, sonradan isə üz və boyun hissəsinə qırmancla vurmuşdur. X5 ilə barışmadığını və onun barəsində həbslı bağlı inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 269№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlər boyunun arxa səthində, sağ və sol çiyin qurçağı proyeksiyasında, sol çənə bucağı proyeksiyasında qançırlar küt əşyanın/əşyaların o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan X5 xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 vuraraq, nəticədə onların sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdirr. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış A.A.İsrafilovu və zərərçəkmiş şəxsi dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, X2 İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1981590№-li protokola, “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla və Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 269№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin A.A.İsrafilovu inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarla müəyyən edilmiş işin araşdırılmış halları ilə uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli A.A.İsrafilov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXMnın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş A.A.İsrafilova həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, A.A.İsrafilova təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981590№-li inzibati xəta haqqında Protokol əsasında X1 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 17 iyul 2024-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar