Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1115/2024 17.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Sabirabad rayon prokurorunun köməkçisi X5, Sabirabad rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonu Xəlfəli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1981871№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X9 Təhlükəsizlik Bölməsinin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1981871№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı Ebru Sərhədovaya nişan mərasimi keçirməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin inzbati binasında onunla profaliktiki söhbət aparılarkən, o, bu barədə məlumat verən şəxsin ünvanına uca səslə nalayiq ifadələr işlədən zaman, polis işçiləri onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 510 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaların törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 1981871№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 510 və 535.1-ci maddələridə nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı Ebru Sərhədovaya nişan mərasimi deyil, qızının gələcəkdə Şamxal adlı şəxslə ailə quracağına vəd verməsi ilə bağlı az tərkibdə nahar məclisi təşkil etmişdir. Bunla bağlı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin inzbati binasında profaliktiki söhbət aparan zaman, o, buna etiraz etsə də, lakin nalayiq ifadələr işlətməmiş və polis əməkdaşlarının qanunu tələblərinə tabesizlik göstərməmişdir. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki o, Sabirabad RPŞ-nin İTB-nin YYÇ-la PİTQ-nun inspektoru vəzifəsində xidmət edir. Sabirabad RPŞ-nin inzibati binasında olarkən, Sabirabad RPŞ-nin İTB-nin YYÇ-la PİTQ-nun böyük inspektoru, polis leytenantı X1 xidməti otağından səs küy eşitmiş və otağa daxil olarkən Şəxs uca səslə nalayiq ifadələr işlədən zaman Həmid Əsədzadənin onu nizam intizama dəvət etməyə çalışdığını görmüş, lakin Şəxs ona tabe olmamış və aqressiv formada özünün qanunsuz əməllərini davam etmişdir. Həmin vaxt Sabirabad RPŞ-nin digər əməkdaşları da Şəxs nizam intizama dəvət etməyə çalışsalar da, Şəxs polis əməkdaşlarının göstərişlərinə məhəl qoymayaraq, uca səslə nalayiq ifadələr işlətməklə aqressiv formada özünün qanunsuz davranışını davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, o, Sabirabad RPŞ-nin İTB-nin YYÇ-la PİTQ-nun böyük inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə saat 14:25 radələrində xidmətdə olan zaman məlumat daxil olduki Sabirabad rayon Xəlifəli kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı Ebru Sərhədovaya nişan mərasimi keçirmişdir. Bununla bağlı Şəxsla profilaktik söhbət aparılması üçün o, Sabirabad RPŞ-yə dəvət olunmuşdur. Xidməti otaqda onunla profilaktik söhbət aparılarkən, o, “bu məlumatı kim veribsə həmin adamın” ünvanına uca səslə nalayiq ifadələr işlədən zaman, o və digər əməkdaşlar onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının göstərişlərinə məhəl qoymayaraq, uca səslə nalayiq ifadələr işlətməklə aqressiv formada özünün qanunsuz davranışını davam etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında işi üzrə icraat başlanmış şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü qızı Ebru Sərhədovaya nişan mərasimi keçirməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin inzbati binasında onunla profaliktiki söhbət aparılarkən, o, bu barədə məlumat verən şəxsin ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və bu zaman, polis işçiləri onu sakitləşdirməyə, nizam intizama dəvət etməyə çalışsalar da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. İXM-nın 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Sabirabad RPŞ-nin inzbati binasında onunla, profaliktiki söhbət aparılan zaman, nalayiq ifadələr işlətməməsi və polis əməkdaşlarının qanunu tələblərinə tabesizlik göstərməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta əməllərini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə yanaşı, inzibati xəta haqqında iş materiallarında olan Şəxs izahatı ilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxsnun inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 510 və 535.1-ci maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 510 və 535.1-ci maddələri ilə inzibati xəta əməlləri törətmiş Şəxs həmin maddələrinin daha ciddi xətaya görə, yəni İXM-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs ” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də və həmçinin Şəxs xx.xx.2024-ci tarixdən həbsdə saxlanmasını nəzərə alaraq onun barəsində təqsirli bilindiyi İXM-nın 535.1-ci maddəsinin sanksiyası ilə müəyyən olunmuş “cərimə” növündə tənbehin daha aşağı həddə, yəni 100 manat cərimə tətbiq edilməsi məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981871№-li inzibati xəta haqqında Protokola əsasən Sərhədov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməkdə təqsirli bilinsin və ona, həmin maddələrin daha ciddi xətaya görə, yəni İXM-nın 535.1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1115/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1115/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver