Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1118/2023 23.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu xx.xx.1980-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonunun Cavad kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli «İnzibati xəta haqqında protokol» tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri tədqiq etməklə hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati materialı tədqiq edərkən müəyyən etdim ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokol İXM-nin 100.1.10, 100.2 və 100.3-cü maddələrinin tələblərinə əməl edilməməklə tərtib olunmuş, İnzibati xəta haqqında protokola barəsində iş üzrə inzibati icraat aparılan şəxsin şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Halbuki “Elektron Məhkəmə” Sisteminə materialın tam və düzgün şəkildə yerləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənədin mövcudluğu zəruridir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Şərh edilənlərə əsasən hesab edirəm ki, Şəxsnın barəsində toplanmış materiallar natamam hesab edilməli və Şəxsnın barəsində olan inizbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(056)-1118/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1118/2023
23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver