Məhkəmə qərarları › İş №3(056)-1118/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1118/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1118/2025 16.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X14 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 iştirakı ilə X3 DİN BDYPİ-nin X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025-ci il tarixli EQ 28513815 və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarlarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.1981-ci il təvəllüdlü X3 barəsində DİN BDYPİ-nin X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı Elektron Qərara əsasən o, İXM-nın 353.2-ci maddəsi ilə 600 AZN, xx.xx.2025-ci il tarixli EQ 28513815 saylı Elektron Qərara əsasən İXM-nın 353.5-ci maddəsi ilə 1200 AZN və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli Elektron Qərara əsasən 1200 AZN məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025-ci il tarixli EQ 28513815 və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarlara razılaşmayıb, həmin qərarlardan şikayət verərək, qərarların və həmin qərarla tətbiq edilmiş cərimələrin ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 barəsində qəbul olunmuş X17 1840 YÜK markalı 77FM366 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Etibarnamə ilə onun istifadə olmuşdur. Lakin uzun müddətdir ki, həmin maşın onun istifadəsində deyil. İstifadəsində olmadığı halda isə X18 tərəfindən ona cərimələr təyin edilmişdir. Bütün bunlardan əlavə cərimə qərarlarında şəxsiyyət vəsiqəmin seriya və FİN kodu düzgün göstərildiyi halda Ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 146 kimi göstərilmiş, halbuki şəxsiyyət vəsiqəmdə faktiki olaraq onun qeydiyyat və yaşayış ünvanım Sabirabad rayonu, Qalağayın kəndidir. Maşın isə cərimə təyin edilən vaxt və hal-hazırda da X4 istifadəsindədir. Bildirirki o, Sabirabad rayon Polis Şöbəsinə həmin Etibarnamədən imtinaya dair ərizə də təqdim etmişdir. Əgər DYP (yol polisi) əsassız və qanunsuz olaraq inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edibsə, qərar rəsmi qaydada əldə edilən vaxtdan 20 gün müddətində yaşayış yeri üzrə məhkəməyə vəya DYP-yə şikayət verilə bilər. Həmin müddət üzrlü səbəbdən ötürülübsə, bu müddət hakim tərəfindən bərpa edilə bilər. Bildirirəm ki, maşın sahibi X2 rayon məhkəməsinə ərizə təqdim etmək istəmiş, lakin orada onunla profilaktik söhbət aparılaraq adına cərimə təyin edilmiş şəxsin ərizə ilə müvafiq məhkəməyə müraciət etməli olması barədə izah verilmişdir. Lakin üzrlü səbəblərdən ərizəni məhkəməyə vaxtında təqdim edə bilməməyim səbəbindən bayramın son günündən bir gün sonra ərizəmi məhkəməyə təqdim edirəm. İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana(vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Bildirirəm ki, inzibati xəta hadisəsinin mövcudluğu ilə bağlı aramızda heç bir razılaşma olmamış və hesab edirəm ki, bu halda da hüquqlarım pozulmuşdur. Qərarları nəqliyyat vasitısinin sahibi X7 polis şöbəsindən əldə edərək mənə təqdim etmiş və həmin qərarları ərizəmin qoşma hissəsində məhkəməyə təqdim edirəm. Bildirirəm ki, mənə təqdim olunun Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında EQ 28492253 saylı Elektron Qerara əsasən, Kisitler markalı 9835A model hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə DİN Baş X18 İdarəsi tərəfindən M-2 47.9 km. Qaradağ rayonu Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin İcazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəmdə 600(altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Analoji olaraq eyni qərarlar xx.xx.2025-ci il tarixdə EQ 28513815 və xx.xx.2025- ci il tarixli EQ 28738365 saylı Qərarlar vasitəsi ilə tətbiq edilmiş və hər iki halda inzibati xətanın törədilməsinə görə barəmdə 1200(min iki yüz) manat, ümumilikdə isə 2400 (iki min dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hər üç qərarda inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto vəya video materialların əlavə olunduğu qeyd olunsa da, video materiallar təqdim edilməmişdir. Əvvəlcə inzibati xətanın törədilməsinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması ilə bağlı olması səbəbi ilə kütlə və onun ölçülməsinə diqqət yetirək. Kütlənin ölçülməsi üçün beynəlxalq vahid sistemində kiloqram (kq) qəbul olunub. Kütləni ölçmək üçün tərəzi və çəki daşlarından istifadə olunur. Kiloqramdan başqa, ton (t), sentner (s) və qram (q) kimi vahidlər də istifadə olunur. Cismin kütləsinin birbaşa ölçülməsi qollu tərəzi, yaylı tərəzi və elektron tərəzilər vasitəsilə həyata keçirilir. Göründüyü kimi isə kütlənin ölçülməsi tərəzilər vasitəsi yoxlanılmamış, qərarda DYP tərəfindən sübut olaraq fotolar ölçü vasitəsi kimi göstərilmişdir. Bildirirəm ki, tərəzi qəbzlərində möhür olmasa belə hər üç halda nəqliyyat vasitəsinin giriş və çıxışları, yüklərin təhvil-təslimi daxil olmaqla nəqliyyat vasitəsinə icazə verilən qabarit, çəki və yükə dair qəbzlər mövcuddur. Düşünürəm ki, qəbzlər yüklərin həqiqi çəkisinin yoxlanılması üçün əsas kimi qəbul edilə bilərdi. HÜQUQİ HALLAR İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Həmin Məcəllənin 127-1-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası aşağıdakı qaydada həyata keçirilir: 127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X11nə inteqrasiya edilməlidir. 127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. 127-1.4. Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. 127-1.5. Nəqliyyat vasitəsində olan normadan artıq yükün boşaldılması və digər nəqliyyat vasitəsilə daşınması təmin edildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları tərəfindən ölçülərək göstəricilər real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X11nə ötürülür. 127-1.6. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə icazə verilən qabarit parametrlərinə, habelə bölünməyən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən yükün həmin və ya digər nəqliyyat vasitəsilə hərəkətinə icazənin alınması təmin edilməlidir. Göründüyü kimi cavabdeh tərəfindən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisələri elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydalarına riyayət edilməmişdir. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasının 122.2-ci maddəsinə əsasən, İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının X11nin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin qaydanın 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yəni məhkəməyə ərizə və ya vəsatət ilə müraciət zamanı bu işlər üzrə dövlət rüsumu nəzərdə tutulmur. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer (faktiki qeydiyyat ünvanı) üzrə baxıla bilər. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən DİN X18 İdarəsi tərəfindən adıma olan inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025-ci il tarixli EQ 28513815 və xx.xx.2025-ci il tarixli EQ 28738365 saylı elektron qərarların ləğvinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X5 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025-ci il tarixli EQ 28513815 və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarların ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, DİN BDYPİ-nin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, A.E.Məmmədov barəsində DİN BDYPİ-nin X11 tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan görünür ki, o, xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı Elektron Qərara əsasən İXM-nın 353.2-ci maddəsi (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) ilə 600 AZN, xx.xx.2025-ci il tarixli EQ 28513815 saylı Elektron Qərara əsasən İXM-nın 353.5-ci maddəsi (bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə) ilə 1200 AZN və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli Elektron Qərara əsasən İXM-nın 353.5-ci maddəsi ilə 1200 AZN məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin dispozisiyasına görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır və həmin xətaya yol vermiş fiziki şəxslər 600 manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanı il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Göründüyü kimi qeyd edilən İXM-nın 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir, həmin xətaya təkrar yol verildiyinə görə İXM-nın 353.5-ci maddəsi ilə fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, A.E.Məmmədov idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı “X17 1843 YÜK” markalı avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025ci il tarixli EQ 28513815 və xx.xx.2025-ci il tarixli EQ 28738365 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarlar əsaslı olmuşdur. Ona görə də şikayətin dəlilləri mübahisələndirilən qərarların ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin X11 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28492253 saylı, xx.xx.2025-ci il tarixli EQ 28513815 saylı və xx.xx.2025-ci il tarixli EQ 28738365 saylı inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar