Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-112/2023 17.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Mətin Azər oğlu Quliyevin katibliyi ilə, xx.xx.1971-ci ildə, Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad rayon Polis Şöbəsindən xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol və protokol ətrafında toplanmış material daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ev 82 ünvanında yaşayan Şəxs «Dodge Durango minik» markalı ** CR *** dövlət nömrə nişanlı avtomobili ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğundan barəsində İXM-nin 346.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta protokoluna əsasən cərimə məbləğini dəbbə pulu ilə birlikdə tam həcmdə ödəmişdir. Ona görə də məhkəmədən onun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsini nəzərdən keçirib, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır. Lakin məhkəmə Şəxs qeyd edilən inzibati xəta üzrə yaranmış cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyini nəzərə alaraq hesab edir ki, o İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Belə ki, həmin bəndə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu iş üzrə məhkəmə qərər qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Ödəniş qəbzindən görünür ki, 32 manat Şəxs tərəfindən Daxili İşlər Nazirliyinin BDYPİ-nin hesabına ödənmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43,48- 51,114,128-112-cu və 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə barəsində olan inzibati məsuliyyətdən azad olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Səlim Allahverdiyev
Məhkəmə qərarları › İş №3(056)-112/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-112/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver