Məhkəmə qərarları › İş №3(056)-1130/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1130/2023

25.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1130/2023 25.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X2 polis sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1979-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Axısxa kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində X3 Vaz 21011 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin akkumlyatorunu və baqajında olan 2 ədəd təkəri oğurlamaqla sonuncuya 130 manat dəyərində ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, maddi cəhətdən əziyyət çəkdiyi üçün oğurluq etmək qərarına gəlmiş, buna görə xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində X3 məxsus Vaz 21011 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobilin akkumlyatorunu və baqajında olan 2 ədəd təkəri oğurlamışdır. Həmin malları isə satmışdır. Hazırda əməlindən peşmandır. Qısa müddətdə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyəcəkdir. İlk dəfədir ki, inzibati xəta törədir. Göstərdiyi xüsusatlara əsasən o, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, etibarnəmə əsasında idarə etdiyi Vaz 21011 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə kənd ərazisində ot daşıyır. xx.xx.2023-cü il tarixdə saat təxminən 22:00 radələrində Sabirabad rayonu Suqovuşan kəndində qonşusu Zaur övladının əsgər getməsi şərəfinə ziyafət verirdi. O da avtomobili ilə Zaurgilə getmiş, avtomobili küçədə kollektorun üzərində saxlamışdır. Zaurgildə təxminən 20-25 dəqiqə oturduqdan sonra küçəyə çıxıb avtomobilə əyləşmiş və avtomobili işə salmaq istədikdə avtomobilin işə düşmədiyini görmüşdür. Avtomobilin akkumlyatorunun zəiflədiyini düşünərək kapot hissəsini açmış və akkumlyatorun oğurlandığını görmüşdür. Bundan sonra avtomobilin içərisinə və baqaj hissəsinə nəzər salmış, baqaj hissədə olan ehtiyyat təkərin və başqa bir təkərin oğurlandığı ona məlum olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə bu barədə şikayət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 130 manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini inzibati Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinin tələbləri baxımından inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş əməl üzrə zərər çəkmiş şəxsin ondan şikayətçi olması, dəymiş ziyanın ödənilməməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu 25 avqust 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar