Məhkəmə qərarları › İş №3(056)-1140/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1140/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1140/2023 28.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X1 iştirakları ilə, xx xxxxx 1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs yaşadığı ünvan 1 ünvanında xx.xx.2023-cü il tarixdə anası Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, rəsmi olaraq heç yerdə işləmir, anasının himayəsində yaşayır. Maddi dolanışığı olmadığından anasından pul tələb edir. Anası ona pul vermədikdə evdə münaqişələri olur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında anası Suradan pul tələb edərkən ona pulunun olmadığını demiş, bu səbəbdən aralarında münaqişə olmuşdur. O, əsəbindən anasının baş nahiyyəsinə yumruqla vurmuşdur. Sonradan bəlli olmuşdur ki, anası onun haqqında polisə şikayət etmişdir. Hazırda əməlindən peşmandır. Göstərdiklərinə əsasən o, barəsində yüngül qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi 36 saylı evdə yaşayır. Şəxs onun doğma oğludur, heç bir yerdə işləmir, tüfeyli hər tərzi sürür, evdən əşyalan aparıb satır. Bunun üçün də oğlu Ramil ilə tez tez aralarında münaqişələr olur. xx.xx.2023-cü il tarixdə günün ikinci yarısı yaşadığı evin həyətində pul üstündə Ramillə aralarında münaqişələri baş vermişdir. Əvvəllər də o, oğlu Ramil barəsində şikayətçi olmuş, bununla bağlı araşdırma olmuşdur. Ona dəfələrlə intizam tənbehi tətbiq edilsə də, hərəkətlərindən nəticə çıxarmır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Ramil yenə də ondan pul tələb etmiş, ona imkanı olmadığını dedikdə üstünə gəlib baş nahiyyəsinə bir neçə yumruq vurmuşdur. Həmin gün telefonu nasaz olduğu üçün qaynı Akifin telefonu ilə polisə məlumat vermişdir. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmış, işin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 14 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarda əksini tapmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol təpə alın hissəsində qançır KÜT əşyanın (ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli olması 14 avqust 2023-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətini (işsiz olmasını) nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar