Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1141/2025 18.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 iştirakı ilə X3 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1984-cü il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində ( iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 600 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X5 barəsində qəbul olunmuş «DAF FTXF 105» yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomaşına oğlu X6 və avtomaşına isə aid EİSEL SKM35 yarımqoşqu X9 məxsusdur. Bu avtomaşını isə iki nəfər X6 və X5 idarə edir. O xx.xx.2025-ci il tarixdə 21:50 radələrində etibarnamə ilə idarə etdiyi “DAF FTXF 105” yük markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ağcəbədi rayonunda yerləşən "xxxx" MMC-nin sahəsindən buğda yükləyərək Sumqayıt şəhərində yerləşən Bismak şirkətinə təhvil vermək üçün yola çıxmış. Çıxmamışdan əvvəl avtomobilimi Ağcəbədidə yerləşən Azərşəkər MMC məxsus tartı ilə çəkən zaman qanun çərçivəsində 40 tonu keçməmiş, yəni 39850 kq çəkidə olduğu zaman yola çıxmışdır. Lakin, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda yük 39850 kq ola-ola əsassız olaraq ona əsassız olaraq təkrar 600 (altı yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yük maşınını çəkidərən zaman girişdə xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində yükənib çəkilan zaman 39850 kq olub və çıxış xx.xx.2025-ci il tarixdə, saat 00:04 radələrində Sumqayıt şəhərində yerləşən Bismak şirkətinə yükün təyinat nöqtəsinə çatdırılan zamanı 39740 kq çəki müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə 21:50 radələrində Din Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əsassız olaraq çəkimi limiti keçmiş kimi 42670 kq müəyyən edilmişdir. Əldə etdiyim müvafiq çəki sənədlərindən də görünür ki, çəki 40 tonu keçməmişdir. Bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 39850 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Göründüyü kimi onun artıq çəkidə yük daşımadığım halda belə bir əsassız barəmdə qərar qəbul edilməsi absuddur. Necə ola bilər ki, o, qanun çərçivəsində bütün sənədləri qaydasında ola-ola belə bir qanun pozuntusuna yol verilir. Bundan başqa haq-ədalət pozulmuş və ona idarə etməyə belə bir əsassız qərarın tərtib edilməsi əsassızdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X5 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli EQ 28783361№-li inzibati tənbeh vermə haqqında Elektron Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, DİN BDYPİ-nin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə İXM-nın 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, N.S.Hüseynov barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, İXM-nın 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi N.S.Hüseynovun xx.xx.2025-ci il tarixdə saat 21:50 radələrində idarə etdiyi **-CH-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF 105 YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti 47.9-cu km. hissəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin dispozisiyasına görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, N.S.Hüseynov xx.xx.2025-ci il tarixdə saat 21:50 radələrində idarə etdiyi **-CH-*** dövlət qeydiyyat nişanlı “DAF FTXF 105 YÜK” markalı avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə haqlı olaraq xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul etmiş və həmin qərar qanuni və əsaslı olduğundan, qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28783361 nömrəli inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1141/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1141/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver