Məhkəmə qərarları › İş №3(056)-1148/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1148/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1148/2023 30.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Vəsatət vermiş şəxs X1 iştirakı ilə xx.xx.1955-ci ildə Sabirabad rayonu, Qalqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad şəhəri, H.Əliyev prospekti döngə 4, ev 2-də qeydiyyatda olan və həmin kənddə yaşayan X1 onun barəsində çıxarılmış Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarına əsasən X2 Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X2 30 avqust 2023-cü ildə vəsatətlə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarına əsasən o, Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda o, barəsində tərtib etmiş olunmuş protokol üzrə cərimə və dəbbə pulunu tam olaraq ödəmişdir. Qeyd olunanlara əsasən o, Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci (köhnə redaksiya) maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, yol hərəkəti qaydalarını pozduğuna görə X2 cərimə edilmiş, həmin cəriməni 3 ay müddətində ödəmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarı ilə 09 (doqquz) ay müddətinə onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda barəsində qərar çıxarılmış X2 tərəfindən cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, barəsində qərar çıxarılmış X1 vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 182.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənildiyindən, X1 Azərbaycan Respublikasının İXM-nin 313-2.2-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarının icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-2.2-ci (köhnə redaksiya) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli 3(056)-546/2015 saylı qərarının icrasına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar