Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1164/2023 04.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Sabirabad rayonunun Qasımbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol əsasında toplanmış materiala görə, Şəxs xx.xx.2023-cü ildə saat 09:00 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində «VAZ-2121» minik markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən manevr etmə qaydalarını düzgün etmədiyi üçün qarşı zolaqda hərəkətdə olan X1 idarə etdiyi «Ford Tranzit» markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmaqla həmin avtomobilə maddi zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, etibarnamə ilə «VAZ-2121» minik markalı **-LD-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. xx.xx.2023-cü il tarixdə qeyd edilən avtomobillə Sabirabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olan «Mersedes Benz» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili ötmə aparmaq istəyərkən sola manevr etdikdə onu sağ hisssəsi ilə X1 idarə etdiyi «Ford Tranzit» markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hər iki avtomobil əzilmiş, lakin xəsarət alan olmamışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Söz verir ki, bundan sonra sürücülük hüququ əldə edənədək avtomobil idarə etməyəcəkdir. Ona görə də barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. İnzibati materiala yol-nəqliyyat hadisəsinin sxemi və X1 idarə etdiyi avtomobilə dəymiş ziyanla bağlı rəy aktı əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları tədqiq etmişdir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini, həmçinin onun izahatının məzmununu və yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1164/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1164/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver