Məhkəmə qərarları › İş №3(056)-1167/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1167/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1167/2023 04.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış İmişli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04:10 radələrində idarə etdiyi «VAZ-21074» minik markalı **-DN-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Hacıqabul – Horadiz magistral yolu əks istiqamətə keçən zaman Bakı şəhər istiqamətindən gələn “QAZ33021” markalı avtomobili gözləməmiş, sola dönmə manevri etmiş və bu zaman “QAZ33021” markalı avtomobillə toquşmaqla sonuncuya maddi ziyan vurmuş və dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, yoxlama zamanı Şəxs avtomobili sərxoş halda idarə etməsi müəyyən olunmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə spirtli içki qəbul etmiş, sonra İmişli istiqamətində iş ilə bağlı getmişdir. İdarə etdiyi «VAZ-21074» minik markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul – Horadiz magistral yolu əks istiqamətə keçən zaman Bakı şəhər istiqamətindən gələn “QAZ33021” markalı markalı avtomobili gözləməmiş, sola dönmə manevri etmişdir. Bu zaman toqquşma baş vermişdir. Toqquşma zaman heç birisi bədən xəsarəti almamış, lakin avtomobillərə ziyan dəymişdir. O, səhvini başa düşür və öz hərəkətindən səmimi peşmandır. Protokola əlavə edilmiş: X1 idarə etdiyi “QAZ33021” markalı markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adıçəkilən avtomobilə ümumilikdə 465 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli protokolun tərtib edildiyi tarixindən üç aydan artıq müddət keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar