Məhkəmə qərarları › İş №3(056)-1177/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1177/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1177/2025 22.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X2 nümayəndəsi X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 262.3-cü maddəsi ilə 02 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Saatlı-Sabirabad magistral içməli su kəmərinin Sabirabad rayonu Quruzma bələdiyyəsinə aid örüş-otlaq sahəsindən keçən hissəsinə (koordinatı 40.16443729; 48.6078427) 24 iyun 2025-ci il tarixdə Şəxs tərəfindən qanunsuz qoşulma faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 6 saylı X2 nümayəndəsi X7 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, 6 saylı X2 23 iyun 2025-ci il tarixli, 0001 saylı Sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı X10 Sistemlərinin İstismarı İdarəsinin balansında və istismarında olmaqla Sabirabad rayonunun Quruzma bələdiyyəsinin örüş torpaqlarından keçən Saatlı-Sabirabad magistral içməli su kəmərinin (d=830mm) 40.16443729; 48.6078427 koordinatında su kəmərinə müdaxilə olmaqla diametri 32 mm olan plastik boru qoşulduğu və həmin boru vasitəsi ilə içməli suyun sözügedən kəmərin sol kənarında yerləşən mal-qara fermasına nəql edildiyi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəməyə etiraz ünvanlayaraq, həmin ərazsinin ona məxsus olmasını, orada yaşamadığını, həmin ərazidən keçən su xəttinin onun ərazisindən keçdiyinə görə onun iştirakı olmadan protokol tərtib edildiyini bildirərək, barəsində olan protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 iyul 2025-ci il tarixli, 001204 saylı aktdan görünür ki, 6 saylı X2 23 iyun 2025-ci il tarixli, 0001 saylı Sərəncamına əsasən keçirilən nəzarət tədbirləri zamanı X10 Sistemlərinin İstismarı İdarəsinin balansında və istismarında olmaqla Sabirabad rayonunun Quruzma bələdiyyəsinin örüş torpaqlarından keçən Saatlı-Sabirabad magistral içməli su kəmərinin (d=830mm) 40.16443729; 48.6078427 koordinatında su kəmərinə müdaxilə olmaqla diametri 32 mm olan plastik boru qoşulduğu və həmin boru vasitəsi ilə içməli suyun sözügedən kəmərin sol kənarında yerləşən mal-qara fermasına nəql edildiyi aşkar olunmuşdur. Araşdırma zamanı sözügedən mal-qara fermasının ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs aid olduğu və həmin kəmərdən keçən sudan istifadə ilə bağlı Şəxs ilə Sabirabad SMSİİ arasında sudan istifadəyə dair icazə və sudan istifadə müqaviləsi olmadığı Şəxs tərəfindən su kəmərinə qanunsuz qoşulmaqla suölçən cihaz olmadan içməli suyun qanunsuz götürüldüyü müəyyən olunmuşdur. Faktla bağlı sözügedən mal-qara fermasının sahibi Şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, su qanunvericiliyinin tələblərini pozmaqla Saatlı-Sabirabad magistral içməli su kəmərindən su götürdüyü ona izah olunmuş və iştiraka dəvət edilmişdir. Lakin o, “mən sudan istifadə etməməliyəm?” deyərək araşdırmada iştirakdan imtina etmişdir. İnzibati xəta haqqında 02 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Saatlı-Sabirabad magistral içməli su kəmərinin Sabirabad rayonu Quruzma bələdiyyəsinə aid örüş-otlaq sahəsindən keçən hissəsinə (koordinatı 40.16443729; 48.6078427) 24 iyun 2025-ci il tarixdə Şəxs tərəfindən qanunsuz qoşulma faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillər və CD diskdə olan video görüntülərdən görünür ki, Saatlı-Sabirabad magistral içməli su kəmərinin (d=830mm) 40.16443729; 48.6078427 koordinatında su kəmərinə qanunsuz qoşulmaqla suölçən cihaz olmadan içməli suyun qanunsuz götürüldüyü müəyyən edilmişdir. X10 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs Saatlı-Sabirabad magistral içməli su kəmərinə müdaxilə edilməklə (qanunsuz qoşulmaqla) sudan qeyri-qanuni istifadəyə görə suyun talanması nəticəsində az miqdarda, yəni Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli, 5 nömrəli qərarına əsasən qeyri-əhali üçün istifadə olunan 1 m3 həcmində suyun tarifi 1 (bir) manat olduğunu nəzərə alaraq vurulmuş ziyana görə hesablanmış məbləğ 1548 manat ziyan vurmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirazına münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ulacalı bələdiyyəsi ilə Şəxs arasında bağlanmış 25 sentyabr 2002-ci il tarixli, 04 nömrəli icarə müqaviləsinə əsasən Saatlı-Sabirabad magistral su kəmərinin sol kənarında yerləşən, 200 ha örüş təyinatlı torpaq sahəsi hal-hazırda da onun istifadəsindədir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar