Məhkəmə qərarları › İş №3(056)-1178/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1178/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1178/2023 06.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, tərtibatçı, vitrin işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü ildə saat 20:53 radələrində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan «VAZ-21074» minik markalı **-VU-*** dövlət nömrə nişanlı avtomobilli idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə kafelərin birində yemək yeyərkən spirtli içki olan araq içmiş, avtomobilə əyləşərək yaşadığı evə gedərkən Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılarkən onlar onun spirtli içki qəbul etdiyini hiss etmişlər və onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gətirildikdən sonra onu tibbi müayinədən keçirmişlər və onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. Mağazada vitrin tərtibatçısı işləyir. Aylıq əmək haqqı 315 manat təşkil edir. İlk dəfədir ki, inzibati xəta törədir. Ona görə də məhkəmədən ona həbslə əlaqədar olaraq inzibati tənbeh verilməsini xahiş edir. Protokola əlavə edilmiş: Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs idarə etdiyi «VAZ-21074» minik markalı **-VU-*** dövlət nömrə nişanlı avtomaşın saxlanılması üçün Şəxs təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli «Alcovisor»dan Çıxarışdan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə saat 20:53-də 0,835 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla, inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar