Məhkəmə qərarları › İş №3(056)-1178/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1178/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1178/2025 21.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmıtinin 6 saylı Mil-Muğan regional bölmənin baş məsləhətçi müfəttişi X2, barəsində inzibati xəta işi üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmıtinin 6 saylı X6ndən daxil olmuş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 2366602№-li materiala və əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 6 saylı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2366602№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs Saatlı-Sabirabad magistral içməli su kəmərinə qanusuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmuşdur. Bu əməlinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 262.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 262.3-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 6 saylı X1 baş məsləhətçisi X8 “inzibati xəta haqqında” xx.xx.2024-cü il tarixli MN 2366602№-li Protokol əsasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilib, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 6 saylı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 2366602№-li inzibati xəta haqqında Protokolla və inzibati xəta haqqında iş üzrə toplanmış materialla müəyyən edilmişdir ki, Şəxs Saatlı-Sabirabad magistral içməli su kəmərinə qanusuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla və bununla da, İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya yol vermişdir. İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə əsasən Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 262.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyası daxilində aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 4851, 114, 128-130-cu maddələrini QƏRARA ALDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 6 saylı X6ndən daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2366602№-li inzibati xəta haqqında Protokola əsasən Mərdanov X3 Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar