Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1182/2025 10.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinın hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Sabirabad Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2226392№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2025ci il tarixli MN2226392№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Şəxs xx.xx.2024-cü il tarixdə X4 vuraraq onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nın 157-ci maddəsi ilə ona istinad olunan inzibati xəta törətməsində özünü təqsirli bilməyib, X3 şikayətində göstərilən halların həqiqətə uyğun olmadığını qeyd edərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məsuliyyətindən azad olunması üçün İXM-nın 38.5-ci maddəsi ilə nəzərdə tutulmuş (inzibati xətanın törədildiyi vaxtdan bir il keçdiyindən) əsaslar mövcuddur. Ona görə də, İXM-nın 38.5-ci maddəsinə əsasən, yəni Şəxs xx.xx.2024-cü il tarixdə X4 vurub, onun sağlamlığına zərər vurmayan xəsarət yetirməklə, bununla da İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi vaxtdan bir il keçdiyi səbəbindən, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən onun barəsində İXM-nın 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nın 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta əməli xx.xx.2024cü il tarixdə baş vermiş, inzibati xəta törətmiş şəxs qaçıb gizləndiyi üçün, Sabirabad RPŞnin xx.xx.2024-cü il tarixli Qərarı ilə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış, sonradan isə həmin şəxs aşkarlandığı üçün, icraat təzələnərək, tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2226392№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs məhkəməyə verilmişdir. Belə olan halda Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi üçün müəyyən edilmiş müddətin axını İXM-nın 38.5-ci maddəsində göstərildiyi kimi inzibati xətanın törədildiyi gündən hesablanmalıdır. Beləliklə inzibati xətanın törədildiyi xx.xx.2024-cü il tarixdən 1 il hesablanmaqla inzibati məsuliyyətə cəlb etmə müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və inzibati xətalar məcəlləsinin istinad olunan normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs istinad edilən İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixindən 01 ildən artıq vaxt keçməsi səbəbindən və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən A.R.X2 Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nın 38.5-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11,31, 40,43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2226392№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata İXM-nın 38.5-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1182/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1182/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver