Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1185/2025 29.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti brəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti 4 saylı X4 tərəfindən “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 262.3-cü maddəsi ilə 01 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokola əsasən Sabirabad rayonu, Qaralar kəndi ərazisində “Sənan Kəndli (Fermer) Təsərrüfatı” MMC tərəfindən padar bulaq (d=159 mm) metal boru su xəttinə qanunsuz müdaxilə olunaraq (d=20 mm) boru vasitəsi ilə su götürdüyü faktı aşkar edilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə inzibati işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 iyul 2025-ci il tarixli, 000801 saylı aktdan görünür ki, 4 saylı X2 30 iyun 2025-ci il tarixli, 01 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Qanunvericiliyi”ni rəhbər tutaraq 4 saylı X3 daxil olmuş məlumat Hacıqabul Su meliorasiya Sistemləri İstismarı İdarəsinin ümumi şöbənin mühəndisi X13 ilə birgə tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Sabirabad rayonu, qaralar bələdiyyəsi ərazisində (koordinatları 40, 11, 16.5 N 48 31 20.4 E) yerləşən “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Saatlı-Sabirabad metal boru su xəttindən ayrılan padar bulaq metal boru su xəttinə qanunsuz müdaxilə olunaraq plastik boru vasitəsi ilə su götürdüyü müəyyən olunmuşdur. Həmin halla bağlı sözügedən MMC-nin sahibi X11 izahat verərək “Sözügedən obyektin 2007-ci ildən fəaliyyət göstərdiyini, torpaq sahəsinin həmin ildən Məmişlər bələdiyyəsi ilə 40 il müddətinə icarəyə götürdüyünü, pbyektin su təminatını əvvəllər maşın ilə gətirdiyini, son 3 ayda padar bulaq metal boru su xəttindən boru vastisəsi ilə su götürdüyünü, hal-hazırda fəaliyyət göstərmədiyini, suyun indi ağacları suvarmaq üçün istifadə edildiyini” qeyd etmişdir. İnzibati xəta haqqında 01 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Sabirabad rayonu, Qaralar kəndi ərazisində “Sənan Kəndli (Fermer) Təsərrüfatı” MMC tərəfindən padar bulaq (d=159 mm) metal boru su xəttinə qanunsuz müdaxilə olunaraq (d=20 mm) boru vasitəsi ilə su götürdüyü faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Saatlı-Sabirabad metal boru su xəttindən ayrılan padar bulaq metal boru su xəttinə qanunsuz müdaxilə olunaraq plastik boru vasitəsi ilə su götürüldüyü müəyyən edilmişdir. X10 Sistemlərinin İstismarı İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Hacıqabul rayonu, Padar kəndi ərazisində yerləşən X8 məxsus “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Hacıqabul Su meliorasiya Sistemləri İstismarı İdarəsinin istismarında olan Padar kəndində yerləşən ictimai bulaqları içməli su ilə təmin edən su xəttinə müdaxilə edilərək (qanunsuz qoşulmaqla) sudan qeyri-qanuni istifadəyə görə suyun talanması nəticəsində az miqdarda, yəni Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli, 5 nömrəli qərarına əsasən qeyri-əhali üçün istifadə olunan 1 m3 həcmində suyun tarifi 1 (bir) manat olduğunu nəzərə alaraq vurulmuş ziyana görə hesablanmış məbləğ 1026 manat ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qaralar bələdiyyəsi ilə X11 arasında bağlanmış 23 aprel 2025-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən 1.60 ha otlaq sahəsi təyinatlı torpaq sahəsi 22 il müddətinə onun istifadəsindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktorunun izahatı, iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə sübuta yetirilmişdir ki, “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR İXM-nin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Sənan Kəndli (Fermer) Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1185/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1185/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver