Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1190/2023 08.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü ildə saat 20:12 radələrində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan «VAZ-2106» markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobilli idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, fəhləliklə məşğul olmaqla ailəsinin tələbatlarını qaşrılayır. xx.xx.2023-cü il tarixdə işdən sonra yorğun olduğu üçün 1-2 bakal pivə içmiş, idarə etdiyi «VAZ-2106» markalı **-BY-*** dövlət nömrə nişanlı avtomobillə yaşadığı evə gedərkən yol polisinin əməkdaşları tərəfindsən saxlanılmış, yoxlamaq nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailə üzvləri özündən atasından və anasından ibarətdir. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Atası şəkərli diabet xəstəliyindən əziyyət çəkir və işləmək imkanında deyildir. Anası isə yaşlı olmaqla evdə qadındır. Barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq olunacağı təqdirdə valideynləri baxımsız vəziyyətdə qalacaq və onların tələbatlarını qarşılayan olmayacaqdır. Ona görə də o, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Protokola əlavə edilmiş: xx.xx.2023-cü il tarixli 640998 nömrəli «Alcovisor»dan Çıxarışdan görünür ki, Şəxs 0,756 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmiş və barəsində protokol tərtib olunmuşdur. Şəxs İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolla, inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində xəstə və yaşlı valideynlərinin olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və yuxarıda sadalanmış məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1190/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1190/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver