Məhkəmə qərarları › İş №3(056)-1191/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1191/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1191/2025 29.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Salyan rayonu Alçalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu Alçalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7211038№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7211038№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində, Sabirabad rayon Quruzma kəndində, idarə etdiyi “X10” markalı ** BS *** qeydiyyat nişanlı avtomobillə hərkətdə olarkən qarışıdan gələn X6 məxsus “Meresedes Benz” minik markalı ** FL *** nömrə nişanlı avtomobillin gözləmədən yolu dönərkən toquşmaqla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə N.İsmiyevin avtomobilindəki sərnişinlər X3 və X1 yüngül bədən xəsarətinin yetirilmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs İXM-nın 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi iş materiallarında olan Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı Fikrət Bağırovun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə işin müəyyən olunmuş halları ilə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nın 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nın 32.1.1-ci maddəsinə əsaslanaraq Şəxs əməlindən peşmançılıq hissi keçirməsini onun inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Şəxs əməlində İXM-nın 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7211038№-li inzibati xəta haqqında Protokola əsasən Dadaşov X7 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar