Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1192/2024 28.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X12 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X2 iştirakı ilə, xx.xx.1984-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, işləməyən, evli, Sabirabad şəhəri, E.Qənbərov küçəsi ev 48-də qeydiyyatda olan və yaşayan X6 Azərbaycan Respublikası İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. X10 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 244-1-ci maddəsinə əsasən tərtib olunan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol üzrə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X10 şikayətini onunla əsaslandırmışdır ki, 1996- 97-ci illərdə aparılan Torpaq İslahatı zamanı Sabirabad Rayon Aqrar islahat Komissiyasının müvafiq qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə (əkin üçün) ailə üzvlərinin birgə mülkiyyətinə Sabirabad rayon Cavad kəndi ərazisindən 5-ci dərəcəli keyfiyyət qrupuna daxil olan (19 boniet halı olan) iqtisadi dəyəri olmayan, əkinə tam yararsız 10,29 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinə dair Sabirabad Regional «ASAN xidmət» mərkəzində fəliyyət göstərən notariat ofisinin xüsusi notarisusu tərəfindən təsdiq edilmiş xx.xx.2022- ci il tarixli 2V-927 nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən onun və anası X11 adına DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Reyestrdən ÇİXARİŞ verilmişdir. Qeyd etdiyi kimi, eləcə də DƏDRX tərəfindən təqdim edilən torpaq sahəsinin kadastr göstəricilərinə əsasən onların mülkiyyətlərinə verilmiş 5-ci dərəcəli keyfiyyət qrupuna daxil olan (19 boniet halı olan) 10,29 hektar torpaq sahəsnin bu günə kimi iqtisadi dəyəri və gəliri olmadığı müəyyən və təsdiq olunmuşdur. Dövlət tərəfindən bizə subsidiya da verilmiş, həmin vəsaitlə mülkiyyətlərində olan əkin təyinatlı torpaq sahəsinin münbitləşdirilməsi istiqamətində uzun illər aqrotexniki işlər görülsə də torpaq sahəsi 5-ci dərəcəli keyfiyyət qrupuna aid olduğu üçün qismən də olsa əkinə yararlı vəziyyətə salmaq mümkün olmamışdır. Bu səbəbdən də o, sözügedən torpaq sahəsindən heç bir əkin götürə bilmir. Bir müddət əvvəl Sabirabad rayon Cavad Bələdiyyəsinin sədri X5 onu bələdiyyə orqanına çağıraraq özü üçün haqq verməsini tələb etmiş , lakin o, onun qanunazidd tələbini rədd etmişdir. Bu barədə onda səs yazısı vardır. Bundan sonra Bələdiyyə sədri növbəti dəfə onun ofisinə çağıraraq torpaq sahəsinin əkinə yararsız olduğunu söyləmiş və həmin torpaq sahəsini müharibə veteranlarına verməsini tələb etmişdir. Bu dəfə də o, onun qanunsuz tələbini rədd etməli olmuşdur. Hər dəfə ondan rədd cavabı alan bələdiyyə sədri qanunazidd olan bir hərəkət etmək qərarına gəlir. Bələdiyyə üzvlərinin iştirakı olmadan təkbaşına qərar qəbul edərək 2024-cü il üçün fiziki şəxsin hesab vərəqəsinin elektron versiyasını ona göndərərək 1245,09 AZN vergi borcunun olduğunu bildirir, ardınca da Əmlak Məsələləri Dövlət Xidmətinin yerli əməkdaşları ilə əlbir olaraq onun xəbəri və məlumatı olmadan mülkiyyətində olan torpaq sahəsinə «monitorinq» keçirmə adı altında baxış keçirib məqsədli şəkildə yanğın hadisəsi törədirlər. Ona məxsus olan, eləcə də sərhəd qonşu torpaq sahələrinin bir neçəsində yanğın baş verir və torpaq üzərindəki bitkilər yanaraq məhv olur. Bu üsulla bələdiyyə sədri Əmlak Məsələləri Dövlət Xidmətinin yerli əməkdaşları ilə birlikdə törətdikləri yanğını onun üzərinə qoyurlar. Yanğın hadisəsi ilə bağlı xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol tərtib olunmaqla barəsində Azərbaycan Respublikası İXM-nin 244-1-ci maddəsi ilə inzibati protokol tərtib edirlər. Ardınca da həmin protokol üzrə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə Azərbaycan Respublikası İXM-nin 244-1-ci maddəsi ilə barəsində cərimə qərarı çıxarırlar. O, heç bir inzibati xəta törətməmişdir. Bələdiyyə sədri öz çirkin məqsədini həyata keçirə bilmədiyi üçün cavabdehlə əlbir olaraq Azərbaycan Respublikası İXM-nin 244.1-ci maddəsi ilə qanunsuz və əsassız qərarın çıxarılmasına nail olmuşdur. Bu günə kimi o, öz torpaq sahəsində heç bir yanğın hadisəsi törətməmişdir. Necə olur ki, bələdiyyə sədri ilə fikirləri üst-üstə düşməməsi səbəbindən birdən birə yanğın hadisəsi törənir? Bəs nəyə görə monitorinq keçirilən zaman ona əvvəlcədən xəbər və məlumat verilməmişdir? Qanunsuz qərarın ləğv olunması və həmin iş üzrə icraata xitam verilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsaslanaraq barəsində olan İnzibati xəta Haqqında qərarın ləğv olunması xahiş olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə iclası zamanı şahid qismində X8 izahatında göstərdi ki, onun mülkiyyətində 1 ha 73 sot torpağı vardır. Aralarında 1,5-2 metr məsafədə su kanalı vardır. Onların da yeri yandırılmışdır. Kim tərəfindən yandırılması müəyyən olunmamışdır. Yanğın X1 keçmiş, oradan Rəfayıl İsmayılovun, ordan da onun yerinə, onun yeri ilə Elvinin yerinə keçmişdir. Onun yeri ilə Elvinin yeri arasında qamışlıq və kol var idi. Yanğından 1 həftə sonra o, sahəsinə su açmağa getmiş və orada sahənin yandığını görmüşdür. Hadisə nəticəsində ona məxsus otlar, Səxavətin yoncası yanmışdır. Rəfaildə isə quru saman qalmışdır. 3-4 gün sonra Bələdiyyə sədri Ağasən onları çağırmışdır ki, sahəyə gəlsinlər, baxış keçirilir və o da getmişdir. Orada Ağasən, Elvin, Şirvandan 1 nümayəndəsi var idi. Baxış keçirmişlər və nəsə getmişlər. Sonradan eşitmişdir ki, yanğına görə Elvinə cərimə yazılıb. Lakin ona və digər qonşu sahələrin sahiblərinə cərimə yazmamışlar. Baxış keçirilərkən Rəfail və Səxavət orada yox idi. Bəlkə də onların yerlərinin yanmasından xəbərləri yoxdur. Elvinin sahəsi tam, onda isə 20 sot yanmışdır. Yanğının Elvinə məxsus sahədən başlaması qeyri-mümkündür. Çünki yanğın külək istəqamətində başlanmış, külək istiqamətinə nəzərən də Elvinin sahəsi sonuncu olmuşdur. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X7 və şahidi dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X6 İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerinin yandırılmasına görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. X6 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 244-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, inzibati tənbeh vermə haqqında qərarda da istinad sənədləri olaraq torpaq sahəsinə hüquq müəyyənedici sənədlər göstərilmiş, hər hansı ekspert və ya mütəxəssis rəyinə istinad edilməmişdir. Məhkəmə hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyətli məlumatlara malik olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsini, həmin xətanın baş verməsinə hazırki şikayətçi Elvin Məlikovun aiddiyyətini araşdırmadan hər hansı bir əsas olmadan, yəni şəxsin konkret xətanı törətməkdə təqsirinin müəyyən edilmədiyi halda X6 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi mövcud olsa da, həmin hadisəyə X6 aidiyyəti əsaslı sübutlarla təsdiqini taparaq müəyyən edilmədiyindən o, əməlində inzibati xəta tərkibi olmayan şəxs kimi qiymətləndirilməli, buna görə onun barəsində, Azərbaycan Respublikası İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Şirvan Ərazi şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 əməlində İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nın 244-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1192/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1192/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver