Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1203/2025 22.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, X2 tərəfindən Sabirabad RPŞ-nin YPX-nin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXP ******* saylı protokola Sabirabad RPŞ-nin YPX tərəfindən çıxarılmış xx.xx.2025-ci il TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı müəyyən edilir ki, X2 tərəfindən barəsində şikayət verilmiş Sabirabad RPŞ-nin YPX-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Sabirabad RPŞ-nin YPX-nin barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. X1 Sabirabad RPŞ-nin YPX-nin onun barəsində qəbul etdiyi qərarı və həmin qərarın onun tərəfindən hansı tarixdə əldə edilməsinə dair sənədi şikayətə əlavə edərək yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1203/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1203/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver