Məhkəmə qərarları › İş №3(056)-1216/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1216/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1216/2023 13.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Sabirabad rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli,MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokola əsasən Şəxs Şirvan Şəhər Məhkəməsinin 1(056)83/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunmuşdur. İş materialını araşdıraraq hesab edirəm ki, hazırkı iş üzrə inzibatı xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması əsas gətirilsə də həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hallarını özündə əks etdirən məlumatlar protokola düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati qaydada məsuliyyət nəzərdə tutulur ki, həmin maddənin sankisyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulmasına dair protokolda barəsində inzibati qaydada protokol tərtib olunan şəxs Şəxs əməli düzgün qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1-ci və 109.1.6-cı maddələrinə əsasən: İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı,protokol və digər materialların səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilməsi, protokol və digər sənədlərin düzgün tərtib olunmaması, yaxud təqdim edilmiş materialların natamam olması, işə baxılarkən tamamlamağın mümkün olmaması aşkar edildikdə, inzibati xətalar haqqında protokol və ya digər sənədlər məhkəmə tərəfindən onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə Şəxs barəsində tərtib edilmiş protokol Sabirabad rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. QƏRARA ALDİM: Şəxs barəsində Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyatı üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar