Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1223/2025 22.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsinin X7, sahə rəisi, polis kapitanı Tural Kərimovun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis X8 Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə müvafiq olaraq 22 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 22 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 21 iyul 2025-ci il tarixdə X5rşısında X3 ünvanına təhqir, söyüş etmiş və polisin tələbinə məhəl qoymamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsinin X7, sahə rəisi, polis kapitanı Tural Kərimov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd etdi ki, xx.xx.2025-ci il tarixdə işdən gəlib kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul edən zaman Sarxanbəyli kənd sakini Vəliyeva İnarənin şəkilini sosial şəbəkədə qarşısına çıxdığını görüb, Tik Tok sosial şəbəkəsində “səni skcm L...ə” adlı istifadə adı ilə qeydiyyatdan keçərək İ.Vəliyevanın oğlu Turana həmin hesab nömrəsi ilə təhqiredici mesajlar yazdığı üçün İ.Vəliyevanın şikayət ərizəsi əsasında polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinin qarşısında şikayətçi İ.Vəliyevanın oğlu Turanın ünvanına nalaiq ifadələr işlətmiş, polis əməkdaşları dəfələrlə ona xəbərdarlıq etsələr də əsəbi olduğu üçün onların qanuni tələblərinə məhəl qoymamışdır. Sədrlik edənin sualına cavab olaraq əməlindən peşman olmadığını bildirdi. Zərərçəkmiş şəxs X6 bildirdi ki, qeyd edilən tarixdə Şəxs qohumlarının vasitəsilə “Tik- Tok” sosial şəbəkəsindən oğlunun profilini öyrənərək ona yazdıqdan sonra Əkbərə sözü varsa onunla əlaqə saxlamasını bildirmişdir. Daha sonra saxta və nalayiq ifadələr olan profil açaraq oğlu Turanın ünvanına səlahiyyətində olmadan nalayiq ifadələr və söyüşlər yazmışdır. Həmin halların hamısı şikayət ərizəsində qeyd edildiyini bildirərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid Sabirabad Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru Şamxal Əliyev bildirdi ki, Sabirabad rayonu, Sarxanbəyli kənd sakini X1 RPŞ-nin Qaragüney PB-nə ərizə ilə müraciət edərək özünə məxsus şəkillərini naməlum şəxs(lər) tərəfndən yayılmasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Sarxanbəyli kəndində olarkən İ.Vəİiyevanın ərizəsi əsasında Sabirabad rayonu, Sarxanbəyli kənd sakini Şəxs izahatının alınması üçün ona yaxınlaşaraq, özünü təqdim etmişdir. İ.Vəİiyevanın şikayət ərizəsi əsasında onun izahatının alınmasından ötəri polis bölməsinə dəvət etdikdə Şəxs İ.Vəliyevanın oğlu Turan Vəliyevin ünvanına nalaiq ifadələr işlətdiyi üçün nizam intizama dəvət etsə də, polis bölməsinin qarşısında Şəxs təkrar İnarə Vəliyevanın və oğlu Turan Vəliyevin ünvanına nalaiq ifadələr işlətdiyi üçün onu nizam intizama dəvət etməsinə məhəl qoymamışdır. xx.xx.2025-cii il tarixdə, saat 01:30-da Şəxs X7 növbətçi hissəsinə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 iyul 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 21 iyul 2025-ci il tarixdə X5rşısında X3 ünvanına təhqir, söyüş etmiş və polisin tələbinə məhəl qoymamışdır. “İnzibati qaydada tutma haqqında” 21 iyul 2025-ci il tarixli, 632 ******* nömrəli protokoldan görünür ki, Şəxs 22 iyul 2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. Şəxs Sabirabad Rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətaları etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddələrinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatları, inzibati materialda olan raport və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəyə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətaları etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı sərxoş halda olan zaman törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 22 iyul 2025-ci il tarixdən, saat 01:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 22 iyul 2025-ci il tarixdən, saat 01:30-dan hesablansın. Qərarın icrası Sabirabad Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1223/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1223/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver