Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1241/2024 03.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X2 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X3 şikayətlə müraciət edərək, 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir X3 şikayətini onunla əsaslandırmışdır ki, o, qeyd edilən qərarla razı deyildir. Belə ki, 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi qərarda guya Sabirabad rayonu, Əhmədabad bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etməmişdir. Qəbul edilmiş qərarın hüquqi əsası kimi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə istinad edilmişdir. Qeyd olunan normanın mahiyyətindən görünür ki, inzibati xəta tərkibinin mövcud olması üçün ilk öncə yaşıllıqların mövcud olduğu torpaq sahələrinin Bələdiyyə mülkiyyətində olması zəruridir. Yalnız bu hal öz təsdiqini tapdıqdan sonra Qərarda bəhs edilən inzibati təxadan danışmaq olar. İnzibati xəta haqqında iş materiallarında torpaq sahəsinin Əhmədabad kənd bələdiyyəsinin mülkiyyətində olmasına dair hər hansı sübut yoxdur. Belə ki, 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən əraziyə hər hansı baxış keçirilməmiş və ərazidə heç bir monitorinq işləri aparılmamışdır. Biuna görə də yaşıllıqların mövcud olduğu torpaq sahəsinin Əhmədabad bələdiyyəsinin mülkiyyətinə aid olmasını təsdiq edən hər hansı mötəbər sübutların olmaması səbəbindən onun vəzifəli şəxs olaraq həmin əraziyə hansı əsasla məsuliyyət daşıması da təsdiqini tapmır. 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin qəbul etdiyi qərarda yaşıllıqların qeyd edildiyi ərazi bələdiyyənin mülkiyyətində olan torpaq kateqoriyasına aid olmadığına görə həmin yaşıllıqların uçotunun aparılması vəzifəsi isə bir vəzifəli şəxs olaraq onun üzərinə qoyula bilməz. Bundan başqa, onun barəsində inzibati məsuliyyətin yaranması üçün o, törədilmiş inzibati xətanın subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış dəlillərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Onun təqsirinin olmasını sübut etmək yükü üzərində deyildir. Yəni o, təqsirsiz olduğunu sübut etmək vəzifəsi daşımır. Habelə, təqsirsizliyini sübut edə bilməməyinə görə o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək və əlavə olaraq bildirdi ki, o, bələdiyyə mülkiyyətində olan torpaqdakı yaşıllıqların monitorinqini bu ilin əvvəllərində aparmış və 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə poçt xidməti vasitəsi ilə təqdim etmişdir. Poçt xidməti 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış məktubu vaxtında çatdırmamışdır. Ona bu barədə Poçt xidmətindən arayış da verilmişdir. Odur ki, o, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 253-1.1.3-cü maddəsinə əsasən, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 8.2.3-cü maddəsinə əsasən, mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifəsidir. Həmin Qanunun 9.0.1-ci maddəsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili yaşıllıqların mühafizəsi tədbiridir. Həmin Qanunun 10.0.1-ci maddəsinə əsasən, yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək yaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin vəzifələridir. Həmin Qanunun 11.0.2-ci maddəsinə əsasən, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaqaşıllıqların mühafizəsi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarıdır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu Qanunun 8.2.3-cü maddəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid metodika əsasında həyata keçirilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Məhkəmə hesab edir ki, şikayətçi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız qəbul edildiyi ilə şikayətini əsaslandırmağa çalışsa da, X2 izahatından da aydın olur ki, o, bələdiyyən mülkiyyətində olan torpaq sahələrində mövcud olan yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatları müvafiq orqana, yəni 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim etmək vəzifəsini daşımasını bilir ki, izahatında şikayətində göstərdiyi xüsusatlardan əlavə həmin məlumatları poçt xidməti ilə 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, lakin poçt xidmətinin çatdırmamasına istinad etmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC X4 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Əhmədabad Bələdiyyəsi tərəfindən Şirvan Regional 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilən məktub üzrlü səbəbdən çatdırılmamışdır. Qeyd edilən məktubda üzrlü səbəbin nədən ibarədt olması, hansı əsasla yaranması açıqlanmamışdır. Halbuki, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən poçt göndərişlərinin çatdırılması poçt xidmətinin birbaşa vəzifəsi kimi müəyyən edilmiş, qanunvericilikdə poçt göndərişlərinin üzrlü səbəblər hesab edilən hallarda çatdırılmamasının mümkünlüyü nəzərdə tutulmamış, həmin Qanunun 13-cü madddəsində poçt göndərişlərinin çatdırılması mümkün olmayan hesab edilməsi əsasları müəyyən edilmişdir ki, həmin əsaslardan da hansının mövcudluğu göstərilməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş şikayətçidən poçt göndərişinin göndərilməsi barədə reyestri təqdim etməsi tələb edilmiş, həmin sənədin təqdim edilməsi imkanının yaradılması əsası ilə məhkəmə iclası təxirə salınmamış, lakin göstərilən sənədin məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş Poçt filialının arayışı formal hesab edilməklə mötəbər sübut kimi nəzərə alına bilməz. Şikayət ərizəsində göstərilən dəlillərə münasibətdə isə bildirilməlidir ki, şikayətçi yaşıllıqların onun mülkiyyətində olan torpaqlarda olub-olması barədə sübutun mövcud olmadığına əsaslansa da, inzibati tənbeh tətbiq edilmiş və yuxarıda sadalnmış qanunvericilik normalarından da göründüyü kimi mülkiyyətində olan ərazidəki yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi inzibati tənbeh tədbiri görmüş orqanın vəzifəsi olaraq deyil, bələdiyyə orqanının vəzifəsi olaraq müəyyənləşdirilmiş, həmin vəzifə üzrə tələblər pozulduğu üçün şikayətçi barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətin dəlilləri tamamilə əsassızdır. Ona görə də şikayət əsaslı hesab edilə və qəbul edilmiş qərarın ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. 3 Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1241/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1241/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver