Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1242/2023 20.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X2 Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxsnun və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-cı ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə qayınanası Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, o, Səkinəni vurmamış döyməmiş və söyməmişdir. Səkinə ilə uşağları barədə danışan zaman əlinin asta-asta Səkinənin qoluna toxundurmuşdur ki, Səkinə onun dediklərindən bir nəticə çıxarsın. Şəxs izahatının sonunda Güləri döymədiyini bildirərək barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Günəş onun uşaqlarına pis tərbiyə verməsindən əsəbiləşərək onun qolundan və qıçından vurmuşdur. Zərərçəkmiş şəxs izahatının sonunda Şəxs ilə barışmadığın bildirərək, məhkəmədən ona sərt inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 eyni məzmunlu izahat verərək Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq etmişdir. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı Ülvi Qasımovun xx.xx.2023-cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Sabirabad rayonunun Qəzli kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın surəti Zərərçəkmiş şəxs göndərilməklə, qərardan narazı qaldığı halda rayon prokuroruna, yuxarı prokurora və yaxud məhkəməyə müraciət etmək hüquqları izah edilməsi, Şəxs barəsində İXM-nin 157-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilməsi, qərarın surəti məlumat üçün rayon prokurorluğuna göndərilməsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş «Canlı şəxsin ekspertizası haqqında» xx.xx.2023-cü il tarixli 616 nömrəli Rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər:- sağ bazunun orta 1/3-də bayır səthdə, sağ saidin yuxarı 1/3-də bayır səthdə sıyrıqlar, sol saidin orta 1/3-də qançırlar küt əşyanın (əşyalar) təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Qəzli kəndində qayınanası Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə dediklərini əsassız hesab edir və inzibati məsuliyyətdən yaxa qurtarmağa yönəldilmiş hərəkət kimi dəyərləndirir. Məhkəmə zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. . İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şəxsnun qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması zərərçəkmiş şəxsin izahatı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxsnun əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minumum həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №3(056)-1242/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1242/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver