Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1246/2023 26.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, barəsində inzibati protokol tərtib olunmuş şəx Şəxs iştirakı ilə, xx.xx.1988-ci il təvəllüdlü, Əli-Bayramlı şəhərində anadan olmuş, işsiz , evli, orta təhsilli, hal-hazırda Sabirabad rayonu, Qaratuğay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, «QAZ3110-121» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan EQ13904448 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin xətaya görə 10 manat məbləğində cərimə olunmuşdur. Lakin Şəxs barəsində çıxarılmış qərarla tanış olaraq qərarın, protokolun surətlərini və cərimə bildirişini rəsmi qaydada almasına baxmayaraq barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimə qərarının üzərinə 6 manat dəbbə pulu əlavə olunaraq cərimə məbləği 16 manat təşkil etmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək ona qarşı irəli sürülmüş inzibati xəta törətməsini etiraf etmiş və xx.xx.2023-cü -cü il tarixli, EQ13904448 saylı protokol üzrə müəyyən edilmiş 10 manat cərimə və 6 manat dəbbə pulu olmaqla ümumilikdə 16 manat pulu dövlət büdcəsinə ödədiyini bildirirərək , bu barədə qəbzi məhkəməyə təqdim etmişdir.Buna görə də məhkəmədən onun barəsində tərtib edilmiş protokol üzrə iznibati məsuliyyətdən azad edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında xx.xx.2023-cü -cü il tarixli, EQ13904448 saylı protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, «QAZ3110-121» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə barəsində İXM-in 328.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edilərək səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən onun 10 manat miqdarında cərimə olunması barədə qərar çıxarılmışdır. İnzibati işin materiallarına əlavə edilmiş cərimənin ödənilməsinə dair portaldan çıxarışdan görünür ki, Şəxs EQ13904448 nömrəli inzibati protokol üzrə hesablanmış cəriməni və dəbbə pulunu tam olaraq dövlət büdcəsinə ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs inzibati xəta üzrə cəriməni və dəbbə pulunu tam ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs müvafiq vəsaiti ödədiyindən inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş üzrə xx.xx.2023-cü -cü il tarixli, EQ13904448 saylı protokola əsasən müəyyən edilmiş cərimə və dəbbə pulu tam ödədiyindən inzibati məsuliyyətdən azad edilsin. Qərаrın surəti rəsmi qаydаdа verildiyi vаxtdаn 10 (оn) gün müddətində Sabirabad Rаyоn Məhkəməsi vаsitəsi ilə Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov
Məhkəmə qərarları › İş №3(056)-1246/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1246/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver