Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1248/2024 03.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Sabirabad rayonunun Zəngənə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Zəngənə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 20 avqust 2024-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-102/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bütün növ qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs bu günə bir uşağa görə 10185 manat ödənilməmiş aliment borcu yaranmışdır. O, icra sənədini icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-102/2009 saylı, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bütün növ qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi Sabirabad rayon İcra şöbəsinin icraatına xx.xx.2009-cu ildə daxil olmuş, həmin tarixdə sabir icra məmuru Nizami Hüseynov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, tərəflərə bildiriş göndərilmişdir. Sonradan icra işi sabiq icra məmuru Mirqasım Mövsümova verilmiş, xx.xx.2009-cu ildə borclu inzibati məsuliyyətə cəlb edilərək həmin tarixli məhkəmə qərarı ilə ona xəbərdarlıq edilmişdir. Bundan sonra icra sənədi hərəkətsiz vəziyyətdə Mirqasım Mövsümovun icraatında qalmış, həmin dövrdən alimentin ödənilməməsi və ya tələb edilməsi barədə tələbkardan şöbəyə hər hansı müraciət daxil olmamışdır. 2024-cü ilin əvvəllərində tələbkar şikayətlər etməyə başlamış, bundan sonra icra sənədinin icrası ona həvalə olunmuşdur. O, borclunu icra şöbəsinə dəvət etmiş, izahatı alınmış, borclu tələbkar ilə 2010-cu ildə aralarında razılaşma olduğunu, həmin tarixdən boyük oğlu Samirin onun, digər oğlu Salehin tələbkarın yanında qaldığını, tələbkarın ona qarşı aliment tələbindən imtina etdiyini bildirrərək, tələbkara borcu olmadığını bildirmiş və əlyazma sənədi ona təqdim etmişdir. Tələbkar həmin sənədin məzmunu ilə razılaşmadığı üçün o, inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edildikdən sonra tələbkar ərizə ilə Sabirabad Rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, icra sənədi üzrə onun tələbinin tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hazırda tələbkarın müraciətinə əsasən borc məbləği qalmadığından o, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, həqiqətən də tələbkarla razılığa əsasən tələbkar yaranmış borcdan imtina etmişdir. Göstərdiklərinə əsasən o, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, hazırda o, yaranmış borcdan imtina edir. Ona görə də o, borclunun barəsindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədfən xahiş edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1248/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1248/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver