Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1250/2025 06.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X5 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1997-ci il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X8 barəsində qəbul olunmuş İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7372046№-li Qərarla razılaşmayaraq, həmin qərardan verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə Yol patrul xidmətinin əməkdaşı, inspektor serjant X9 ona İXM 327.2 maddəsi ilə İXP7218140 nömrəli protokol tərtib etmişdir. Protokolla razı olmadığı üçün “Asan” pay şəxsi kabinetdən və DİN 3-13-16/2-11- 1260xx/xx/2025 nömrəli şikayət məktubu ünvanlamışdır. xx.xx.2025 tarixdə şıkayətə baxılmasına dair məktub daxil olmasına və ona yazılı məlumat verilməsinə baxmayaraq, İXM uyğun olaraq ona protokola baxmaq üçün bildiriş verilməmiş və onun iştirakı olmadan xx.xx.2025-ci il tarixda geri tarixlə xx.xx.2025-ci tarixə 100 (yüz) manat və 3 bal tətbiq edilməklə cərimə qərarı verilmişdir. "Poçt haqqında" Qanunların tələblərinə baxmayaraq qəbul olunmuş qərar kağız daşıyıcıda ona və ya ünvanına çatdırılmamışdır, qərar haqqında bildiriş xx.xx.2025-ci il tarixdə onun elektron poçt ünvanına və telefonuna sms vasitəsi ilə gəlmişdir. “Yol hərəkəti” haqqında Qanunun 76-cı maddəsinə əsasən Nizamlanan yolayrıcıları İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. V. Svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamis piyadalara yol verməlidir. “Yol hərəkəti haqqında” Qanunun 76 maddəsinin 4 və 5 bəndlərinə əsasən o, yolayrıcında olduğu üçün uzaqdan qələn avtomobil ona yol verməlidir, o, yox. Yol hərəkəti qaydalarını pozma təqsiri sübut olunmalıdır. İnzibati xətalar Məcəlləsinin 8, 60, 61, 109, 110 və 112 saylı məddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur, belə ki tərtib olunmuş protokolla razılaşmadığını qeyd etsə də protokola baxılması üçün ona bildiriş verilməmiş, heç bir sübutlar təqdim olunmamış, protokola onun iştirakı olmadan baxılmış və qanun tələblərini kobudcasına posuną geri tarixə yəni xx.xx.2025-ci il tarixdə xx.xx.2025- ci il tarixli cərimə olunması barədə TP ******* nömrəli qərar qəbul olunmuşdur. Beləliklə hesab edir ki, İXM-nın 53.0 maddəsinin 53.0.1.-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat baslanıla bilmaz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nın DYPB-nın YPX-nin inspektoru Oruc Əsgərov şikayətə etiraz edib, xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olmasına əsaslanaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, Sabirabad RPŞ-nın DYPB-nın YPX-nin inspektoru Oruc Əsgərovu dinləyərək hesab edir ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, X8 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında Qərarından görünür ki, X8 xx.xx.2025-ci il tarixdə saat 13:07-də özünə məxsus “Chevrolet Cruze” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması hərəkəti etməklə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə yol verdiyi üçün barəsində 100 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. X1 həmin qərarla razılaşmayıb və qərarı mübahisələndirərək qeyd etmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 13:07-də özünə məxsus “Chevrolet Cruze” minik markalı **-RY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması hərəkətinə yol verməmiş, yol hərəkəti haqqında qanunun hər hansı normasını pozmamışdır. Lakin xx.xx.2025-ci il tarixdə saat 13:07-də “Chevrolet Cruze” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində hərəkətini qeydə alan videogörüntüdən aydın olur ki, X8 xx.xx.2025-ci il tarixdə saat 13:07-də “Chevrolet Cruze” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad şəhəri, H.Əliyev pr. ilə hərəkət edərkən, qarşıdan baş yolla gələn avtonəqliyyat vasitələrini gözləmədən, həmin nəqliyyat vasitələrinə yol verməli olduğu halda, bunun əksi olaraq baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməmiş və sol tərəfə dönmək məqsədilə qarşıdakı baş yola daxil olub, sol tərəfə İ.İsgəndərov küçəsinə dönərkən, qarşıdan baş yolla gələn avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla bununla da “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İV hissəsinin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Beləliklə məhkəmə araşdırılması zamanı X3 xx.xx.2025-ci il tarixdə saat 13:07-də özünə məxsus “Chevrolet Cruze” minik markalı **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Sabirabad şəhəri, İ.İsgəndərov küçəsinə hərəkət edərkən yolayrıcını keçmə qaydalarını tənzimləyən “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsinin İV hissəsinin tələblərinin pozulması hallarına yol verməsi və bununla da İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi təsdiq edilmişdir. Məhkəmə aşağıda istinad olunan qanunvericilik normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, şikayətçi C.A.Həsənovun barəsində qəbul edilmiş mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayətin dəlilləri, həmin xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında Qərarın ləğvi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan, şikayətçi C.A.Həsənovun həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7372046№-li inzibati tənbeh vermə haqqında Qərardan verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1250/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1250/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver