Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1258/2024 27.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, X1 barəsində çıxarılmış Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)- 519/2018 saylı qərarının icrasına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarına əsasən X2 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X2 vəsatətlə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018ci il tarixli 3(056)-519/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarına əsasən o, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda o, barəsində tərtib etmiş olunmuş protokol üzrə cərimə və dəbbə pulunu tam olaraq ödəmişdir. Qeyd olunanlara əsasən o, Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)- 519/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarının icrasına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətə əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarından görünür ki, yol hərəkəti qaydalarını pozduğuna görə X2 cərimə edilmiş, həmin cəriməni 3 ay müddətində ödəmədiyi üçün Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarı ilə 6 (altı) ay müddətinə onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. Hazırda barəsində qərar çıxarılmış X2 tərəfindən cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə müvafiq bank hesabına köçürülmüşdür. Məhkəmə vəsatəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə nəticəyə gəlir ki, barəsində qərar çıxarılmış X1 vəsatəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 182.5-ci maddəsinə əsasən, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cərimə və ona hesablanmış dəbbə pulu tam şəkildə ödənildiyindən, X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarının icrasına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Sabirabad Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 3(056)-519/2018 saylı qərarının icrasına xitam verilsin. Qərardan, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1258/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1258/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver