Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1267/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Şikayətçi Nümayəndə Soltan oğlunun və qərarından şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu, Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Sarxanbəyli kəndində qeydiyyatda olan və yaşayan Nümayəndə Soltan oğlunun Azərbaycan Respublikası İXM-nın 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Nümayəndə Soltan oğlu Azərbaycan Respublikası İXM-nın 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat cərimə edilmişdir. Nümayəndə Soltan oğlu barəsində qəbul edilmiş qeyd edilən qərardan şikayət verərək, 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi Nümayəndə Soltan oğlu şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən qərar əsassızdır. Belə ki, 15 iyul 2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu, Sarxanbəyli kəndində ümumi mülkiyyətində olan mal-qaranı otaran zamanı özü ilə apardığı qırmaqla həvəskar olaraq kəndin Mil-Muğan kollektorunda balıq tutmağa başlamışdır. Həmin vaxtı həmin qırmaqla 4 ədəd kefal balığı və 3 ədəd durna balığı tutmuşdur. Sonra kollektorun yanında yararsız vəziyyətdə təxmini 3-4 metr uzunluğunda balıq tutmaq üçün tor görmüşdür. Lakin, bundan qabaq həmin tutduğu balıqları maşının arxa hissəsində olan baqaja qoymuşdur. Bu zaman həmin toru da maşına qoyub oradan uzaqlaşan zaman 3 saylı RETSİ-nin əməkdaşları idarə etdikləri avtomobillə onun avtomaşınımın qarşısını kəsərək ona avtomaşına baxış keçirəcəklərini bildirmişlər. O, heç bir etiraz etməyərək baxış keçirməsinə maneə olmamışdır. Baxış zamanı həmin balıqları ona nə ilə tutmasını soruşduqda o, isə cavabında qırmaqla tutduğunu, hətta toru yararsız vəziyyətdə tapdığını onlara bildirmişdir. Bundan başqa ona bildirmişlər ki, qırmaqla belə balıq tutmağa icazə yoxdur. Onlar isə əllərində heç bir əsas olmadan onun barəsində inzibati protokol tərtib etmişlər. Protokol edilən zaman o, təkrarən onlara bu balıqları qanuna uyğun olaraq 5 kq çəkidə balığı qırmaqla tutmaq haqqı vardır. Ondan izahat alınan zaman o, 7 ədəd balıq tutmasını etiraf edərək əməlindən peşman olmasını bildirmişdir. Onlar isə protokol tərtib etdikdən sonra torun uzunluğunu qanunsuz olaraq 30 metr uzunlğu, 2 metr isə eni olaraq göstərmişlər. Halbuki torun ölçüsü 3-4 metr təşkil edir. Torun mübahisəsi getsə də, lakin xx.xx.2024-cü il tarixli qərarda isə 7 ədəd balığın tutulmasına istinad edilmiş və o, əsassız olaraq 700 manat məbləğində cərimə edilmişdir. Hətta müayinə üçün onun foto şəkilləri belə çəkilən zaman onun üzərində ova aid heç bir üsul aşkar edilməmişdir. Sadəcə olaraq həvəskar kimi 7 ədəd qırmaqla balıq ovlamışdır. Daha sonra onlar onun barəsində protokol tərtib edən zaman onun hüquq vəzifələri ona izah edilməmişdir. O da həmin protokolu imza etməkdən imtina etmişdir. Sonra isə 3 saylı RETSİ tərəfindən ona bildiriş göndərilərək barəsində olan işə 29 iyul 2024-cü il tarixdə baxılacağını göstərmişdir. 3 saylı RETSİ-nin əməkdaşları ilə əlaqə saxladıqda ona isə məlumatı düzgün vermədən bildirmişlər ki, 3 saylı RETSİ-nin inzibati binasında işçi olmadığı üçün barəsində olan işə 30 iyul 2024-cü il tarixdə baxılması bildirilmişdir. Lakin, 30 iyul 2024-cü il tarixdə 3 saylı RETSİ-nin inzibati binasına gedən zaman orada artıq barəsində 29 iyul 2024-cü il tarixdə qərar qəbul edildiyini bildirmişlər. Daha sonra isə həmin qərarı o, rəsmi olaraq poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə şəxsən qəbul etmişdir. Həmin halı təsdiq edəcək zərfi də şikayətinə əlavə edir. Gördünüyü kimi onun işinə 29 iyul 2024-cü il tarixdə iştirakı olmadan, heç bir etirazı və mülahizəsi dinlənilmədən əsassız və qanunazidd qərar qəbul etmişlər. Bundan başqa, toru tapan zaman yanında həmkəndlisi olmuşdur. Odur ki, barəsində tərtib olunmuş qərarın ləğv olunması barədə qərar qəbul edilməsi zəruridir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında 02 iyun 2017-ci il tarixli, 243 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının ümumi müddəalar qaydalarının 1.1-ci hissəsinə uyğun olaraq Bu Qaydalar “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu maddəsinə əsasən hazırlanmışdır və balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra - ovu) qaydalarını müəyyən edir. 1.5.1-ci hisssəində isə balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu kimi göstərilmişdir. Bu səbəbdən də hesab edir ki, qeyd edilən inzibati qərar qərəzli, əsassız və qanunsuzdur. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, hazırda o, şikayətçinin şikayətində göstərdiyi xüsusatların yenidən araşdırılması üçün 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək İdarəyə yenidən araşdırılması üçün göndərilməsinə etiraz etmir. Odur ki, o, bu istiqamətdə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş Nümayəndə Soltan oğlunu və şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Nümayəndə Soltan oğlunun İXM-nın 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, şikayətçi şikayətində torla balıq ovlamadığına, toru yararsız halda tapdığına, tapmış olduğu torun göstərilmiş ölçüdə olmadığına istinad etmiş, səlahiyyətli orqanın nümayəndəsi də bu istiqamətdə yenidən araşdırmanın həyata keçirilməsi üçün qərarın ləğv edilib səlahiyyətli orqana qaytarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən Nümayəndə Soltan oğlunun barəsində Azərbaycan Respublikası İXM-nın 272.1-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən baxılması üçün səlahiyyətli orqana (3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə) göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1267/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1267/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver