Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1272/2024 11.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək əlavə edilmiş sənədlərlə birgə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Əsədli kəndində çöl sahəsində bir ədəd çöl dovşanı və bir ədəd çöl quşu ovlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad rayon Polis şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak edilməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq, hazırkı işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırki inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, materialdan göründüyü kimi, inzibati xəta hadisəsi xx.xx.2024-cü il tarixdə baş vermiş, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixində sahə rəisi Rahim Şahkərəmov tərəfindən inzibati xəta hadisəsi törətmiş şəxsin qaçıb gizlənməsi əsası ilə iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iş üzrə icraatın dayandırılmasının əsasını təşkil edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə münasibətdə axtarış işinin açılıb-açılmaması, açılmışdırsa axtarış işinin məhkəməyə təqdim edilməsi ilə bağlı Sabirabad RPŞ-yə sorğu ünvanlamış, sorğuya əldə edilmiş cavabla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində axtarış işi açılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sahə rəisi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşayış yerində olmadan, bu barədə müvafiq akt tərtib etmədən, şəxsi şöbəyə dəvət etmədən formal olaraq borclunun aşkar edilməməsinə istinad etməklə icraatın dayandırılması barədə qərar qəbul etmişdir. Ona görə də adıçəkilən icraatın dayandırılması barədə qərar hazırki inzibati xəta haqqında iş üzrə müddət axımının dayandırılmasının əsasını təşkil edən hüquqi sənəd kimi nəzərə alına və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.i Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti xx.xx.2024-cü il tarixdən başlamış, xx.xx.2024-cü il tarixində başa çatdmışdır. İnzibati xəta haqqında protokol isə inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsindən 3 aydan da artıq vaxtdan sonra tərtib edilərək məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1272/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1272/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver