Məhkəmə qərarları › İş №3(056)-1276/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1276/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1276/2025 06.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Sabirabad rayonu, Nərimankənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş 06 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 24 iyul 2025-ci il tarixdə, saat 10:30 radələrində Sabirabad şəhərində Zərərçəkmiş şəxs döymüş və bununla da AR İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə təxminən saat 21-22 radələrində yaşadığı binanın qarşısında həyətdə oturmuşdur. Həyətdə olan zaman qonşusu Səliqənin övladı Rüqəyyanın həyətdə oynadığını görüb ona avtomobillərdən ehtiyyatlı olmasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində Səliqə ona zəng vuraraq niyə onun övladını danladığını bildirib onu nalayiq ifadələrlə təhqir etmişdir. Səliqənin zəngindən təxminən 10 dəqiqə sonra qapının zəngi çalınmış və o qapını açdıqda Səliqəni görmüşdür. Qapını açdıqdan sonra Səliqə ona niyə anasını təhqir etdiyimi bildirmiş o isə Səliqəyə cavabında niyə onun qapısına gəldiyini bildirmişdir. Onun bu sözündən sonra Səliqə onu itələmiş və sağ qolu yaşadığı evin qapısına dəymişdir. Bundan sonra o Səliqəni itələyərək ünvanını tərk etməsini bildirmişdir. Lakin Səliqə onun sözünə məhəl qoymayaraq əlini onun saç nahiyyəsinə aparmış və bir neçə dəqiqə ərzində onlar bir-birimizlə mübahisə etmiş və bu zaman evdə olan qızı X3 onlara yaxınlaşmış və ondan yapışaraq bir gün əvvəl əməliyyat olduğunu bildirərək onları ayırmışdır. Şəxs ona verilmiş əlavə suallara cavab olaraq onların arasındakı mübahisənin 10 dəqiqə çəkdiyini, həmin vaxt orada qızı və gəlinin olmasını. Səliqə onu itələyən zaman sağ qolunun qapıya dəyib xəsarət almasını həmçinin Səliqənin onun saçından dartmasını və mübahisə əsnasında Səliqəni vurmasını bildirmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun qonşusudur və onunla münasibətləri normal olub. xx.xx.2025-ci il tarixdə saat 21-22 radələrində yaşadığı bina qarşısında həyətdə qızı Rüqəyyə ilə birlikdə oturmuşdur. Bu zaman yaxınlıqda oturan Esmira qızma avtomobildən ehtiyyatlı olmasını “kiminsə qaçırdacağını” bildirmişdir. O Esmiranın bu sözünə əhəmiyyət verməyərək qızı ilə birlikdə evə qalxmışdır. Səhəri günü yəni, xx.xx.2025-ci il tarixdə səhər saat 10:30 radələrində o Esmiraya zəng vuraraq niyə qızına sataşdığını onun barəsində yalan məlumatlar yaydığını bildirmişdir. Esmirada ona “yaxşı eləyirəm" sözünü deyib telefona odboy vermişdir. Bundan sonra o Esmirabir neçə dəfə zəng vurmuş lakin Esmira telefonu açmamışdır. O Esmiranın telefonu açmadığını görüb onun ünvanına getmişdir. Esmiranın ünvanına çatdıqdan sonra o qapını döymüş lakin Esmira qapını açmadığından o geri qayıtmağa başlamışdır. Geri qayıdan zaman Esmira və onun övladı Mələk evdən çıxmış və onun arxası ilə gəlmişdir. Arxası ilə gələn zaman Esmira onun üzərinə hücum çəkmiş və boğazından yapışaraq onu divara dirəmişdir. Bu zaman o Esmiranı itələmiş və Esmira blokun divarına dəymişdir. Bundan sonra Esmira onun başını aşağı əydi və onun kürək nahiyyəsindən yumruqla vurdu. Esmira onu döyən zaman qızı Mələkdə onun qolundan yapışdı. Esmira onun vuran zaman o da əlini ona atmış və Esmiranın saç nahiyyəsindən yapışmışdır. Bu zaman o Esmiranın saçından dartmış və onun saçı əlində qalmışdır. Esmira ilə onun arasındakı mübahisə təxminən 20 dəqiqə çəkmişdir. Bundan sonra uzaqlaşmışdır. Zərərçəkmiş şəxs ona verilmiş əlavə suallara cavab olaraq Esmira ilə onun arasındakı mübahisənin 20 dəqiqə çəkdiyini, həmin vaxtı orada Esmranın qızı Mələk və gəlini Ruqiyyənin orada olduğunu, Esmira ilə mübahisəsi əsnasında Esmiranın onun boğaz nahiyyəsindən vurmasını onun isə Esmiranı saçından dartmasım və itələməsini bildirmişdir. Hal-hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 01 avqust 2025-ci il tarixli qərardan görünür ki, ərizə əsasında araşdırılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Məhkəmə iclasında tədqiq edilmiş materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 328 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə - tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər boynun sol yan səthində sıyrıqlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müəyyən olunan göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli 328 nömrəli rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını, sadəcə olaraq itələdiyini göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsi vurmadığını söyləməsinə baxmayaraq təhqiqat araşdırması zamanı zərərçəkmiş şəxs ilə mübahisə apararkən onu itələməsini etiraf etməsi özü də onun hazırda özünümüdafiə xarakterli izahat verməsinin göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yaşının çox olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar