Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1284/2025 25.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər DYPİ-nin Xİİ X11 Xidməti inspektoru, polis serjantı X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə, saat 07:31-də müllkiyyətində olan idarə etdiyim “MERCEDES BENZ E270 CDİ minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun 18-ci kilometrində 327.2-ci maddə ilə (əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması) bağlı İXP ******* nömrəli elektron cərimə protokolu tərtib edilmişdir. Həmin protokolun tərtib olunması əsassızdır və aşağıdakı səbəblərə görə qanunsuz hesab edir: Cərimə protokolunun tərtibindən əvvəl Sabirabad rayonu, Zalqarağac kəndi ərazisində yerləşən postda polis serjantı Əzizov Elton tərəfindən saxlanılmışdır. Bu isə elektron protokolların tərtib edilməsi ilə bağlı mövcud təlimatlara ziddir. Polis əməkdaşına izah etmişdir ki, yalnız önündə hərəkət edən nəqliyyat vasitəsinə işıq siqnalı ilə traktorun ötmək istədiyini bildirmiş və həmin avtomobilin sürücüsünün əl işarəsi ilə icazə verdiyi ötmə əməliyyatını həyata keçirmişdir. Postda qanunsuz şəkildə saxladıqdan sonra polis əməkdaşı öz istədiyinə nail ola bilmədiyi üçün sonradan elektron protokol tərtib etmişdir. Hadisə ilə bağlı xx.xx.2025-ci il tarixdə, saat 10:29- da DİN-in 102 qaynar xətrinə zəng edərək şikayət etmişdir. Ona isə bu barədə məhkəməyə müraicət etməli olduğumu bildirmişlər. Halbuki hüquqazidd qərar qəbul edilmişdir. Ona görə də heç bir əsas olmadan Xİİ tağım X9 inspektoru polis serjantı X3 xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə olunmuşdur. Amma Xİİ tağım X9 inspektoru polis serjantı X3 isə onun barəsində olan əsassız qərarın cəriməsini ödəmək iqtidarında deyil. Əgər hər hansı bir qanun pozuntusu edirsə, bunu sübut etmək Xİİ tağım X9 inspektoru polis serjantı X3 üzərinə düşür. Heç bir qanun pozuntusuna yol verməmişdir. Bütün bunların əsası kimi Xİİ tağım X9 inspektoru polis serjantı X4 məhkəməyə dəvət edilməli, özü şəxsən videoçəkilişi gətirməli, hadisə yerinin sxemini təqdim etməli və bütün müddəalara riayət etməlidir. Əgər bütün sadaladıqlarını edə bilməyəcəksə, onda deməli protokol və onun əsasında tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Ona görə də barəmdə olan inzibati qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməyərək tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək bildirdi ki, mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Xİİ Tağım YPX məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xətanın törədildiyi video görüntünü məhkəmənin əməkdaşına “Whatsapp” tətbiqi vasitəsi ilə göndərməklə kifayətlənərək, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Xİİ Tağım YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X5 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə, saat 07:31-də özünə məxsus “MERCEDES BENZ E270 CDİ minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Hacıqabul, Horadiz yolu 18 km-də idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozaraq AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin X10 İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti alayı yol patrul xidməti inspektoru tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “MERCEDES BENZ E270 CDİ minik” markalı nəqliyyat vasitəsini idarə edən sürücü əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə hərəkəti etmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “MERCEDES BENZ E270 CDİ minik”markalı avtomobilin sürücüsü X2 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində həmin maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında, o cümlədən, şikayət ərizəsində X5 inzibati xətanın mövcud olduğunu qeyd edib, yoldakı traktorun sürücüsünün ona əl işarəsi ilə ötməsini icazə verməsi ilə əlaqədar ötmə qaydalarını pozaraq hərəkət etdiyini göstərsə də, məhkəmə qeyd edir ki, hər bir şəxs öz törətdiyi inzibati xətaya görə məsuliyyət daşıyır və digər sürücülərin də pozuntu edib ötmə qaydalarını pozaraq hərəkət etmələri X2 əməlinə haqq qazandıran hal kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1284/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1284/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver